Əli Yunisi: “Etniklər əsasında yaradılan fraksiyalar, xalqın problemlərinin həllinə yardım etməyəcək”

2017-01-08 18:04

GünAzTV: İran prezidentinin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi, axund  Əli Yunisi yanvarın 8-də jurnalistlərə açıqlamasında ölkə parlamentində yaradılan fraksiyalardan danışıb.

 

Əli Yunisi bildirib ki, ölkədə etniklərlə bağlı tələblər çox azdır: “Əhalinin irəli sürdüyü tələblərin əksəriyyəti yerli və regional problemlərin həlli ilə bağlıdır. Bu tələblər isə müxtəlif əyalətlərdə, yəni misal üçün İlamda, Azərbaycanda və Kürdüstanda oxşardır və yerli əhali həmin problemlərin həll olunmasını istəyirlər. Düşünürəm ki, məhrumiyyət içində qalmış sərhədyanı məntəqələrdə yaşayan əhalinin çətinliklərini aradan qaldırmaq və onların problemlərini həll etmək hökumətin borcu və vəzifəsidir. Biz hesab etmirik ki, İranda yaşayan etniklər, sırf etnik və ya dini mənsubiyyətlərinə görə vətəndaşlıq hüquqlarından məhrum ediliblər. Bu belə deyil. Əksinə, düşünürük ki, onlar digər səbəblərə görə bu məhrumiyyətlərə dözürlər.

 

Güman edirəm ki, mövcud gerçəklikləri nəzərə alaraq etniklərin yaşadığı bölgələrdən seçilən deputatlar, istər parlamentdə, istərsə də hökumətdə əhalinin problemlərini həll etmək və onların tələblərinə cavab vermək üçün bir-birləri ilə əməkdaşlıq etməlidir. Sözsüz ki, etniklər əsasında yaradılan fraksiyalar bu problemlərin həllinə yardım etməyəcək. Misal üçün, Azərbaycan əhalisi, sırf azəri olduqları üçün hər hansı bir çətinliklə rastlaşmırlar və onların heç bir problemi yoxdur. Hərçənd, ola bilsin ki, Kürdüstan və Bəlucistan kimi bölgələrlə bağlı bəzi həssasiyyətlər var. Lakin bu həssasiyyət hakimiyyət və rəsmilər tərəfindən deyil. Belə bir baxış tərzi məhdud da olsa, cəmiyyətdə var. Şəxsən mən inanıram ki, etnik fraksiyaların yerinə, ümummilli fraksiyalar yaratmaqla və etniklərdən olan deputatların həmin fraksiyalara qoşulması ilə yerli və regional tələblərə daha yaxşı cavab vermək olar. Aydın məsələdir ki, belə olanda bu işin nəticəsi də yaxşı olar.

 

Gördüyünüz kimi, hazırda İran İslam Respublikası rəsmilərinin çoxu, Xuzistan və Azərbaycandan olanlardır. Onlar müxtəlif sahələrdə, istər icraiyyə, istərsə də təhlükəsizlik və digər strukurlarda çalışırlar. Nə keçmişdə, nə də hazırda onların bu vəzifə və postlarda çalışması haqda heç bir həssasiyyət olmayıb. Lakin bəziləri cəmiyyətdə daima insanlara belə bir fikri aşılamağa çalışırlar ki, guya farslar və hakimiyyət türklərə qarşı həssasslıqla yanaşır. Bu isə milli birliyə xələl gətirən və cəmiyyətdə nifaq salan tamamilə səhv bir təbliğatdır”.

 

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən artıq türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib. İclasda Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun müavinləri vəzifəsinə seçilib. Həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20

gun az article

Ermənistanda seçki gərginliyi: Polis Köçəryanın qərargahına basqın etdi

2021-06-20

gun az article

Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

2021-06-20

gun az article

Bayden İsrail prezidenti ilə görüşəcək

2021-06-20

gun az article

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

2021-06-20

gun az article

Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

2021-06-20

gun az article

Ermənistanda parlament seçkiləri başlayıb

2021-06-20

gun az article

Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19

gun az article

Fransada təyyarənin partlaması nəticəsində 2 nəfər ölüb

2021-06-19

gun az article

İstanbulda zəlzələ olub

2021-06-19

gun az article

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, ölən yoxdu

2021-06-19

gun az article

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı

2021-06-19

gun az article

Pakistan Quru Qoşunlarının komandanı Azərbaycana gələcək

2021-06-19

gun az article

Rusiyada təyyarə sərt eniş edib – 7 nəfər ölüb, yaralılar var

2021-06-19

gun az article

Xamneyi: “Bu seçkinin böyük qalibi İran millətidir”

2021-06-19

gun az article

Azərbaycan şahinləri “Anadolu Qartalı – 2021”ə hazırlaşır – FOTO

2021-06-19

gun az article

Ceyhun Bayramov: "Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq"

2021-06-19

gun az article

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

2021-06-19