Əli Yunisidən iddia: “Dini lider qaranquş qadınlardan istifadəni qadağan edib”

15.10.2019, 10:15

GünAz TV: İranın sabiq ETTELAAT naziri Əli Yunisi “dini lider”in xüsusi xidmət orqanlarına “qaranquş qadınlar”dan istifadəni qadağan etdiyini iddia edib.

 

Məhəmməd Xatəminin prezidentliyi dövründə, 2000-ci ildən 2005-ci ilə qədər ETTELAAT naziri olmuş Yunisi bildirib ki, bu qadağa 1980-cı illərdən tətbiq edilib və hazırda “ETTELAAT da daxil olmaqla, bütün xüsusi xidmət orqanlarında qaranquş qadınlardan istifadə etmək qanuna zidd hərəkət kimi qəbul edilir”.

 

“Xüsusi xidmət orqanlarının kiminsə zəif nöqtəsini aşkarlamaq üçün qaranquş qadınlardan istifadə etməsinə ehtiyacı yoxdur, bu istiqamətdə siyasi və mali məsələlərə fokuslanmaqla, hər bir şeyi aşkar edə bilirlər”,- deyə sabiq nazir fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, “qaranquş” İranda xüsusi xidmət orqanlarının müxtəlif siyasətçiləri, eləcə də dövləti tənqid edən şəxsləri tələyə salıb susdurmaq üçün istifadə etdikləri cazibədar və gözəl qadınlara verilən addır. Tehranın sabiq meri Məhəmmədəli Nəcəfinin öz 2-ci həyat yoldaşı Mitra Ustadı öldürməsindən sonra bu məsələ bir daha ölkə gündəmini zəbt etmişdi. Bir çox islahatçı siyasətçilər, eləcə də Milli Məclisin deputatı Əli Mütəhhəri xanım Ustadın “qaranquş” olduğu qənaətində idilər.

 

Hətta Mütəhhəri ölkənin xüsusi xidmət orqanlarının “qaranquş” qadınlardan istifadə etməsinin təkzibedilməz fakt olduğunu bəyan etmiş, “şəri qaydalara zidd” olduğuna görə, onları bu addımdan çəkinməyə çağırmışdı.

 

Digər tərəfdən, 2013-2016-cı illər ərzində Həsən Ruhani hökumətində mədəniyyət naziri postunu tutmuş Əli Cənnətinin gözlənilməz istefasının da “qaranquş” qadın məsələsilə bağlı olduğu ölkə siyasətçiləri tərəfindən dilə gətirilmişdi.

 

Əli Yunisi həmçinin iddia edib ki, nazir olduğu müddətdə ETTELAAT-da işgəncə, müttəhimlərə qarşı təzyiqlər və böhtanları “ləğv edibmiş”. Lakin o, xüsusi təhlükəli şəxslərin gizli dinlənilməsi prosesinin hər zaman həyata keçirildiyini deyib.

 

Sonda “silsilə qətllər”dən danışan sabiq nazir bu cinayəti törədənlərin ETTELAAT işçiləri olduğunu etiraf etsə də, onların Nazirliklə “administrativ bağlantıları”nın olmadığını deyib.

 

“ETTELAAT Nazirliyi ordu, xüsusən də Sepahdan formalaşdığı üçün, ordan gələn əməkdaşlar Nazirliyə kəşfiyyat işləri görmək üçün gəlməyiblər. Onlar əməliyyat keçirməyə, döyüşməyə, cəbhəyə yollanıb şəhid olmağa, İslam Cumhuriyyətinə müxalif olanları tutub öldürməyə gəliblər”,- deyə Əli Yunisi vurğulayıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17

gun az article

Xoyda zəlzələ baş verib

2023-03-16

gun az article

Güneyli fəallar Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndəriblər

2023-03-16

gun az article

Səid Mətinpur: "Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq"

2023-03-16

gun az article

Minlərlə ərbədilli Balıqlı çayının sahilinə toplaşdı: Ənənəvi "Suüstü" bayram törəni keçirilib

2023-03-16

gun az article

“Görüş”: “Keçən ildə Quzey Azərbaycanda ən mühüm hadisələr” və  “Keçən ildə İranda və Güney Azərbaycanda baş verən hadisələr” 

2023-03-16

gun az article

Güneyli Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

2023-03-16

gun az article

“İranın Azərbaycandakı casus şəbəkəsi darmadağın edilməlidir”- Əhməd Obalı

2023-03-15

gun az article

Təbrizdə milli şüarlar səsləndirilib-VİDEO

2023-03-15