SON XƏBƏRLƏR

Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

2021.12.03, 22:45
Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

Gunaz.tv

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb: “Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir.

Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onların ailələrinə də ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq.

Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar