SON XƏBƏRLƏR

Elin Süleymanov: "Ya Qarabağ Azərbaycanın olmalıdır, ya da Azərbaycan ümumiyyətlə olmamalıdır"

2021.10.20, 07:36
Elin Süleymanov: "Ya Qarabağ Azərbaycanın olmalıdır, ya da Azərbaycan ümumiyyətlə olmamalıdır"

Gunaz.tv
Elin Süleymanov: "Ya Qarabağ Azərbaycanın olmalıdır, ya da Azərbaycan ümumiyyətlə olmamalıdır" ellin_konsul_30.jpg Azərbaycanın Los-Ancelesdəki Konsulu Azərbaycan qadın jurnalistlər birliyinin qonağı olub Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş konsulu Elin Süleymanov “Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin qonağı olub. 2 il əvvəl Los-Ancelesdə konsulluq açmaq qərarını şərh edən Elin Süleymanov bunu bir neçə faktorla əsaslandırıb: “Los Anceles ABŞ-ın 2-ci ən böyük şəhəridir. Diplomatik missiya və konsulluq korpusunun sayına görə, Los Anceles dünyada Nyu-York və Honqkonqdan sonra üçüncü yeri tutur. Bundan əlavə, ABŞ kimi böyük ölkədə yalnız bir diplomatik missiyaya malik olmaq çətindir. Mən özüm Azərbaycanın Vaşinqtondakı səfirliyində işləmişəm. Çox fəal və məşğul səfirlikdir, amma bütün ölkəni əhatə etmək çətindir. Digər tərəfdən, bu gün Amerikanın qərb bölgəsinin ABŞ-ın siyasətinə təsiri çox güclüdür və sürətlə böyüməkdədir. Bundan əlavə, Amerikanın qərb bölgəsində yaşayan erməni əhalisi Ermənistanın hüdudlarından kənarda ən sıx yaşayan erməni icmasıdır. Odur ki, genişlənməyin əhəmiyyəti vardı.” “Erməni diasporunun təsirinə qarşı necə mübarizə aparirsınız?” sualını cavablandıran konsul erməni mənşəli Amerika vətəndaşlarının Amerikanın daxili məsələsi olduğunu deyib: “Özünüz deyin, Amerikanın daxili məsələləri ilə necə mübarizə aparmaq olar? Onlar erməni mənşəli olsalar da, Amerika vətəndaşlarıdırlar. Bizim mübarizə üçün 2 yolumiz var. Amerika tərəfi ilə daima danışmaq və bu məsələlərin Amerika maraqları və erməni mənşəli olmayan seçicilər üçün nə dərəcədə vacib olduğunu vurğulamaq. 2-cisi, Azərbaycanin açıq və tolerant, sabit və praqmatik baxışlı bir dövlət olması və bir qrupa görə Azərbaycanla əlaqələri pozmağa dəymədiyini çatdırmaq.” Baş konsul kiçik dövlət olan Azərbaycanın beynəlxalq gündəmə məsələ çıxarması və sözünü deməsini yüksək qiymətləndirib: “BMT-də qəbul olunan son qətnaməni götürün. Bu, bizə böyük dərs oldu. Niyə həmişə demokratiyadan danışan ABŞ heç olmazsa, bir dəfə həqiqəti qəbul etmək istəmədi? Harada idi bizə məsləhət verən, yol göstərən “dostlarımız”? Doğrudanmı, hansısa bir qrupun maraqları daha vacib idi, yoxsa ABŞ,Rusiya və Fransa bir araya gəlib, balaca bir dövlət olan Azərbaycanın da səsini ucalda bilməsini, müstəqil dövlət olmasını qəbul edə bilmədi?” Azərbaycanla Amerika arasında demokratiya və insan haqları sahəsində mövqe fərqinə dair qadın jurnalistlərin sualını cavablandıran Elin Süleymanov belə deyib: “Siz təsəvvür edirsinizmi ki,nə vaxtsa Azərbaycan səfiri bəyanatla çıxış edərək desin ki, Amerikada demokratiyanın inkişafına 3 milyon dollar xərcləyəcək? Onlar bunu təhqir kimi qəbul edərlər. Proqramdan proqrama fərq var. Əgər biz tələbələrin mübadiləsi və ya mədəniyyət proqramını təşkil etsək, bizə heç kim heç nə deyə bilməz. Amma durub pul təklif etmək, bu, Amerika vətəndaşı üçün qəbul olunmazdır. Məsələnin “mən daha ağıllıyam və öyrədə bilərəm” kimi qoyulması çox neqativ haldır.” “Qarabağ münaqişəsinin həllini necə görürsünüz?” sualını Elin Süleymanov belə şərh edib: “Mən çox ümüd edirəm ki,Qarabağ münaqişəsini sülh yolu ilə həll edə biləcəyik. Müharibə faciədir. Hər birimiz özümüzə bu sualı verməliyik: Biz Qarabağsız yaşamağa hazırıqmı? Hesab edirəm ki,bu, mümkün deyil. Dünya anlamalıdır ki, biz, azərbaycanlılar, bizim cəmiyyətimiz Qarabağsız yaşaya bilməz. Bu, seçim məsələsidir - ya Qarabağ Azərbaycanın olmalıdır, ya da Azərbaycan, ümumiyyətlə, olmamalıdır. Biz dünya ictimayyətini buna inandırmalıyıq.” /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar