SON XƏBƏRLƏR

Əlirza Rəisi: “İranda koronavirusdan ölənlərin sayı 77-ə, yoluxanların sayı 2 min 336 nəfərə çatıb

2021.10.20, 07:36
Əlirza Rəisi: “İranda koronavirusdan ölənlərin sayı 77-ə, yoluxanların sayı 2 min 336 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İran səhiyyə nazirinin müavini Əlirza Rəisi martın 3-də jurnalistlərlə görüşündə ölkədə koronavirus qurbanları ilə bağlı yeni statistikanı açıqlayıb.

 

O deyib ki, dünəndən bu günə qədər daha 11 nəfər vurisdan həyatını itirib: “Bununla da bizdə olan statistikaya əsasən, bu gün günorta saatlarına qədər ölkədə koronavirusdan ölənlərin sayı 77-ə, yoluxanların isə sayı 2 min 336 nəfərə çatıb.

 

Ümumilikdə, ölkədə virus daşıyıcısı olmaqda şübhəli bilinən 5 min 731 nəfərdən analiz götürülüb. Onlardan isə 2 min 336 nəfərin testi müsbət çıxıb” -deyə, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi jurnalistlərə açıqlamasında bəyan edib.

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 77-yə, yoluxanların sayının 2 min 336 nəfərə çatdığını elan etsə də, İranın tibb mərkəzlərindəki qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar