Əlirza Rəisi: “Koronavirus hələ 2 ilə qədər bizimlə qalacaq”

2020-08-28 14:36

İran səhiyyə nazirinin müavini Əlirza Rəisi avqustun 28-də dövlət televiziyasına açıqlamasında ölkədə koronavirusla bağlı son vəziyyətdən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Ölkədə yay tətillərində şəhərlərarası səfərlərin xəstəliyin yayılmasına səbəb olduğunu bildirən Əlirza Rəisi deyib ki, ölkə vətəndaşları pandemiya yoluxucu xəstəliyi ilə yaşamağı öyrənməlidir: “Hamı bilməlidir ki, koronavirus çox güman ki, hələ 2 il müddətinə qədər bizimlə qalacaq və biz bu virusla yaşamalı olacağıq.


Təəssüflər olsun ki, şəhərlərarası səfərlərin artması “Covid-19” infeksiyasının yayılmasına kömək edir və bununla da sağlamlıq sahəsində yeni problemlər ortaya çıxır. Ölkədə həəkimlər, tibb bacıları və tibbi personaldan olan digər kadrlar artıq yorulub. Çünki bu səfərlər xəstəliyin daha geniş yayılmasına və virusa yoluxan şəxslərin sayının artmasına səbəb olur. 


Hesab edirəm ki, əgər vətəndaşlar xəstəliyə yoluxmaq istəmirlərsə səfər proqramlarını ləğv etməli, gigiyena qaydalarına riayət etməli və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməlidirlər. 


Düşünürəm ki, nəqliyyət yollarını bağlamaqla xəstəliyin yayılmasının qarşısını almaq mümkün deyil. Yeni məhdudiyyətlərin tətbiq olunması isə müxtəlif maneələrlə üzləşir. Məhz buna görə də hesab edirəm ki, biz hökmən yaşam tərzimizi dəyişməliyik. 


Hazırda xəstəliklə bağlı böhranlı şəraitdəyik. Ölkənin əksər əyalətləri, o cümlədən də şimali əyalətlər və Tehran əyaləti qırmızı və fövqəladə hal vəziyyətindədir” –deyə, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi bu gün dövnlət televiziyasına açıqlamasında bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22

gun az article

Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir

2020-11-22

gun az article

İranda daha 475 nəfər koronavirusdan ölüb, 13 053 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-22

gun az article

Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22

gun az article

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

2020-11-22

gun az article

Azərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib

2020-11-22

gun az article

İranın Fars əyalətində 4.4 bal gücündə zəlzələ olub

2020-11-22

gun az article

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

2020-11-22

gun az article

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

2020-11-22

gun az article

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət edəcək

2020-11-22

gun az article

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

2020-11-21