SON XƏBƏRLƏR

Elnur Elturk Əfşar Süleymaniyə cavab verdi

2021.10.20, 07:36
Elnur Elturk Əfşar Süleymaniyə cavab verdi

Gunaz.tv
Elnur Elturk Əfşar Süleymaniyə cavab verdi image.php?img=5607 HöRMƏTLİ SOYDAŞLARIMIZ bu günlərdə iranın Azərbaycan Respublikasında səfiri olmuş Əfşar Süleymanın xural qəzetində musahibəsini oxudum və bu insan Azərbaycana və xalqımıza demokratiya dərsi keçməsini və gülünc doğura biləcək sözlərlə özünü islahatçı və demokrat libası ilə ortaya atmış və guya iran dövlətində azadlıq və pluralizmin (azad söz) hökm sürdüyünü bildirmişdi, amma çox maraqlıdır 35 milyon Azərbaycan türkünün haqqı və hüquqların pozulduğu məmləkətindən müsahibə verən Əfşar Süleymanın belə bir açıqlamalar verməsi məncə təsadüff xarakter daşıya bilməz, sözsüz ki, iran dövləti Azərbaycan dövlətinin güclənməsini və üç rəngli bayrağımızın dalğalanmasında həmişə narahat olub, bunun ücün iran dövləti öz siyasi və ideoloji bazasını ölkəmizdə formalaşdırmaq üçün milyonlarla dollar pul xərcləyir, hətta çəkinmədən özü üçün casuslar hazırlayır, və onları hakimiyyətə gətirmək üçün dərslər keçir və iran islam inqilabının ölkəmizə ixrac etməkdən cəkimədən iş aparır. Əfşar Süleymani müsahibəsində Xateminin tərəfkeşi və islahatcılığa meyli olduğunu bildirir və iranda yaşayan soydaşlarımızın hüquqlarını pozulduğunu bildirir və etiraf edir ki, bu sahədə problemlər var. Azərbaycanda səfir işləyərkən Güney Azərbaycanda heç bir problemlərin olmadığını bildirən sabiq səfir nədən birdən birə Azərbaycanda problemlərin olduğunu bildirir və İlham Əliyevə öz təkliflərini bildirir və Yeni Azərbaycanlıları amerikalılardan pis adlandırır. İran dövlətinin islahata və dəyişməyə ehtiyyac olduğunu bütün dünya səs salır, amma despotizmin və teokratiyanin hökm sürdüyü məmləkətdə günü gündən milli azadliq hərəkatı yüksələn xətlə inkişaf edir və iran dövləti və ayetullaları azadlıq ideyalarının daxildən gücləndiyini bilir və 50 milyonluq Azərbaycan türkünün fikrini qarşıdan gələn seçkiyə yönəltmək istəyirlər, Güneydə milli insanların həbsi və öldürülməsini iran dövləti seçki ilə kompensasiya etmək istəyir və daxildə vəziyyəti gərginləşdirmək siyasəti yürüdür. çünki stabillik iran dövlətini narahat edən əsas amillərdən biridir.Azərbaycanda oktyabr ayında keçiriləcək seçkilər ölkəmizin daxili işidir, amma 50 milyonluq Azərbaycan türkünün iran dövlətində tələbi var-orada yaşayan soydaşalrımızın öz ana haqqı və hüquqları bərpa olunsun, iran konsititusiyasının 15-ci maddəsinin icrası və türk dilinin dövlət dili statusu almasi və öz ana dilimizdə məktəblərin və hüquqların bərpa edilməsidir. İran dövləti işğalçı ermənistan dövlətinə yardımlar edir, iqtisadi və siyasi əlaqələr güclü şəkildə inkişaf edir. İran dövləti bunu ona görə edir ki, Azərbaycanda dövləti Qarabağ problemini həll edə bilməsin və münaqişə ildən ilə uzansın, Güney məsələsi yada düşməsin. Sabiq diplomat musahibəsini insani və bəşəri hüquqlar üzərində qursaydı məncə daha obyektiv olardi, Qüzey Azərbaycanın müstəqil və azad olması həmişe mollo rejimini qıcıqlandırır və cəkinmədən buranı şimali iran adlandırırlar. Yaxşı olardı ki, iran Azərbaycanın müstəqilliyini və suverenliyini qəbul etsin və 50 milyonluq xalqımızın dövləti olduğunu qəbul etməlidir. İnşallah Güney Azərbaycanımızda öz azadlığını elan edəndən sonra Böyük Azərbaycan dövlətinin yaranışını bizlər və ya gələcək nəsillərimiz görəcəklər. Tanrı türk ulusunu qorusun. Hörmətlə Elnur Elturk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar