SON XƏBƏRLƏR

Elxan Şahinoğlu: «Türkiyə heç zaman Livan ola bilməz»

2021.10.20, 07:36
Elxan Şahinoğlu: «Türkiyə heç zaman Livan ola bilməz»

Gunaz.tv
Elxan Şahinoğlu: «Türkiyə heç zaman Livan ola bilməz» elxan-shahinoglu.jpg «Türkiyə Silahlı Qüvvələri daim pusquda dayanıb və ordu dövlətin uçuruma yuvarlanmasına ən böyük əngəldir» Türkiyədəki siyasi gərginlik hələ də sürməkdədir. Türkiyənin terrorla mübarizə üzrə keçmiş koordiatoru Edip Bəşər hazırda ölkədə yaşananları Livanla müqayisə edib və bildirib ki, bu tendensiya davam edərsə, Türkiyə Livana oxşaya bilər. Yəni Türkiyədə Livan kimi çözülməyən problemlər içində qalan dövlətə çevrilə bilər. Türkiyənin Livana çevrilə biləcəyini real saymayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, bu versiyanı dilə gətirən istefada olan ordu generalı Edip Başerin özü də əslində buna inanmır: “Türkiyənin Livana çevrilməsinə ordu imkan verməz. Həqiqətən ordu hazırda siyasi proseslərə qarışmasa da, baş qərargah rəisi Yaşar Böyükanıt son mətbuat konfransında ”Ergenekon" əməliyyatı çərçivəsindəki həbslər haqqında bir kəlmə söyləməsə də, Türkiyə Silahlı Qüvvələrinin daim pusquda dayanması çoxlarına sirr deyil. Ordu Türkiyənin uçuruma yuvarlanmasına ən böyük əngəldir. Türkiyə hərbi çevrilişlərə şahidlik edib, heç nədən baş nazir Menderesi dar ağacından asıb, ancaq hətta həmin o ağır illərdə belə Livana çevrilməyib”. 6 il öncə Beyruta səfər edərək, Livandakı prosesləri yerindəcə müşahidə etmək imkanına malik olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, Livan fərqli bir ölkədir, Türkiyəyə bənzəmir, orada idarə olunan xaos hökm sürür, ölkə silahlı və etnik qruplaşmalar arasında bölüşdürülüb: “Allaha şükür, Türkiyənin belə bir dərdi yoxdur. Türkiyə daim qaynayan, oturuşmuş dövlətdir. Buna baxmayaraq, Türkiyədə bu gün baş verənlər də narahatlıq doğurmaya bilməz. “Ergenekon” əməliyyatı ilə hakim Ədalət və Inkişaf Partiyasının qapadılıb-qapadılmaması məsələsiylə bağlı məhkəmə çəkişməsinin eyni zaman kəsiyinə təsadüf etməsi Türkiyədə dinə meyl edən qüvvələrlə qatı dünyəviçilər arasında ixtilafı dərinləşdirib. Bu isə öz növbəsində fərqli qüvvələri dəstəkləyən ictimai təbəqələr arasındakı uçurumu böyüdüb. Belə bir durumda siyasi qüvvələrlə, məhkəmə orqanlarının bir qədər fasilə verməsinə, bəlkə də geri addım atmalarına ehtiyac var". Əslində hazırda Türkiyədə baş verənlərin həqiqətə yaxın olmadığını düşünən E.Şahinoğlu hesab edir ki, “Ergenekon” əməliyyatı bir şişirtməyə bənzəyir: “Axı istefada olan bir neçə general və bir qrup jurnalist necə çevriliş həyata keçirə bilərdi? Türkiyə tarixində hərbi çevrilişləri vəzifədə olan yüksək rütbəli hərbçilər həyata keçiriblər. Istisna etmirəm ki, bir qrup insan evdə və ya hansısa toplantıda hazırkı hakimiyyətin yıxılması vacibliyindən danışıb, ancaq bu ciddi çevriliş planı sayıla bilməz. “Ergenekon” əməliyyatı çərçivəsində məsələyə dəxli olmayan insanları həbs edib sərbəst buraxdılar. Məsələn, jurnalist Mustafa Balbayın “Ergenekon”la əlaqəsi olmadığı aşkarlanaraq evinə buraxılıb. O, telefon danışıqlarında sadəcə hakimiyyəti sərt tənqid edir və bununla bağlı olaraq müəyyən analizlər qələmə alırmış. Bu hesabla hökuməti və hazırki quruluşu tənqid edən istənilən yazarı həbs etmək olar. Bütün ixtilaflara baxmayaraq, Türkiyənin qırmızı cizgini aşmayacağına əminəm. Çünki, qırmızı xəttin o biri tərəfində xaos və Edip Başerin söylədiyi kimi Livan başlanır”. Xəyal azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar