SON XƏBƏRLƏR

Kembric universitetində Polad Həşimovdan danışıldı

2022.02.04, 17:48
Kembric universitetində Polad Həşimovdan danışıldı

Gunaz.tv

Beynəlxalq sənədlər Ermənistanın əleyhinə olsa belə, bu bir nəticə vermədi. Eyni zamanda 30 il danışıqlar davam etsə də, bu proses də faydasız oldu. Nə bir köçkün torpaqlarına qayıtdı, nə də 1 kv.metr torpaqlarımız geri qaytarıldı”.

Bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Sülyemanov Kembric Universitetində təşkil olunan Mərkəzi Asiya forumunda bildirib.

“2020-ci ildə isə, proses kökündən dəyişdi. Ermənilər heç bir səbəb olmadan iyul ayında hücuma başladılar.

Onu da qeyd edim ki, hücum hədəfi Tovuz idi. Bu ərazi Qarabağdan uzaqda yerləşirdi və bir sıra boru kəmərləri oradan keçir. Bu hücum nəticəsində bir dinc sakin və hərbçilərimiz həlak oldu. Onların içərisində general Polad Həşimov da var idi”, - deyə səfir qeyd edib.

Elin Süleymanov bu hadisələrdən sonra ermənilərin davam edən təxribatının müharibənin başlamasına səbəb olduğunu və Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini də qeyd edib. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar