SON XƏBƏRLƏR

Əmək haqlarının artırılması xalqın zərəri ilə nəticələnəcək

2021.10.20, 07:36
Əmək haqlarının artırılması xalqın zərəri ilə nəticələnəcək

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin rəhbərinin müavini Seyid Həsən Hüseynişahrudi bildirib ki, əmək haqlarının inflyasiya həddində artırılması xalqın rifah səviyyəsinə müsbət təsir göstərməyəcək, əksinə onların zərərinə səbəb olacaq.

 

Onun sözlərinə görə, İran qanunlarına əsasən, dövlət işçilərinin əmək haqları İnflyasiya ilə mütənasib olaraq qalxmalıdır, lakin bunun ilin ortasında baş verməsi ilə bağlı qanunda heç bir müddəa yoxdur. Bununla belə, dövlət gələn ilin büdcə layihəsində bu xüsusda lazım olan bütün proqnozları diqqətdə saxlamalıdır.

 

O, həmçinin  əmək haqlarının qaldırılması ilə ölkənin əskinas həcminin həddən artıq artması və yenidən ikiqat İnflyasiya ilə üzləşməməsi üçün dövlətin lazım olan addımları atmasının zəruri olduğunu bildirib. 

 

Həsən Hüseynişahrudi sözlərinə görə, bəzən deyilir ki, inflyasiya səviyyəsi 50%-dirsə, əmək haqları da bu qədər artırılmalıdır. Lakin bu yeni ikiqat inflyasiyanın yaranmasına səbəb olduğundan, bu halda əmək haqları nə qədər artırılsa da, əhalinin yaşayış səviyyəsinə heç bir təsir göstərməyəcək və onların zərərinə səbəb olacaq: “Ölkə iqtisadiyyatının çökdürən inflyasiya səviyyəsində əmək haqlarının artırılmasının əvəzinə  inflyasiyanın azaldılması və əmək haqlarının nisbi olaraq artırılması siyasəti yürüdülməlidir.”- deyə o, əlavə edib. 

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar