SON XƏBƏRLƏR

Əmir Səttari Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlayıb

2021.10.20, 07:36
Əmir Səttari Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlayıb

Gunaz.tv

GünAz TV: Təbrizin Mərkəzi Zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari aclıq aksiyasına başlayıb.

 

Fəal iyunun 10-da yaxınları ilə qısa telefon əlaqəsi saxlayaraq aclığa başladığını bildirib.

 

Fəal “dosyesində olan iradlar və məhkəmə prosesinin ləngiməsi”nə etiraz olaraq aclığa başladığını deyib. O dosyesindəki iradları təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib.

 

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

 

Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib.

 

Əmir Səttari həmçinin virtual aləmdəki fəaliyyəti ilə bağlı Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib, hazırda bu dosyeyə Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır.

 

Əmir Səttari Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar