Emmanuel Makron: “İranla yeni nüvə danışıqları çox çətin olacaq, müzakirələrə Səudiyyə Ərəbistanı da qatılmalıdır”

2021-01-30 14:06

Fransa prezidenti Emmanuel Makron yanvarın 29-da “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Qərb ölkələrinin İranla aparacağı yeni nüvə danışıqlarından və İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün çox az fürsət qalmasından danışıb.

Gunaz.tv Quote | Gunaz article

Makron deyib ki, Qərb 2015-ci ildə İranla aparılmış nüvə danışıqlarına regionun ərəb ölkələrini qoşmadığı üçün böyük səhvə yol verib və Tehranla aparılacaq növbəti  danışıqlarda bu səhvi bir daha təkrarlamalıdır: “İranla aparılacaq yeni nüvə danışıqları çox çətin və mürəkkıb olacaq. Hesab edirəm ki, bu dəfə İranla aparılacaq hər hansı bir müzakirəyə bizim regional tərəfdaşlarımız, o cümlədən də Səudiyyə Ərəbistanı da qatılmalıdır. 


İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün çox az fürsət qalıb və vaxt sürətlə daralır. Elə buna görə də güman edirəm ki, bizim regiondakı müttəfiq və tərəfdaşlarımızın, xüsusən də Səudiyyə Ərəbistanının bu danışıqlara qatılması zəruridir”, -deyə Fransa prezidenti Emmanuel Makron “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bəyan edib. 


Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan İv Le Drian yanvarın 24-də mediaya açıqlamasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq siyasətinin uğursuz qalmasından və İranın atom bombası istehsal etməyə cəhdindən danışmışdı.

وزیر خارجه فرانسه وارد بغداد شد - خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr  News Agency

Fransanın xarici işlər naziri Jan İv Le Drian

 

O Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi maksimum təzyiq siyasətinin əks nəticə verdiyini bildirmişdi: “İran hökuməti artıq nüvə silahına yiyələnmək ərəfəsindədir. Çox təhlükəli bir vəziyyət yaranıb. Çünki İranın nüvə silahına yiyələnməsi geostrateji baxımdan böyük dəyişikliklərə gətirib çıxaracaq. 


Hazırda isə biz istədiyimizin tam əks vəziyyətindəyik. Tramp maksimum təzyiq kampaniyası ilə İranın nüvə silahı əldə etməsinə mane olmağa çalışırdı. Lakin fakt odur ki, hazırda İran nüvə sahəsində izlədiyi hədəflərinə nail olmaq astanasındadır”, deyə Fransanın xarici işlər naziri Jan İv Le Drian əlavə etmişdi.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17

gun az article

Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

2021-05-17

gun az article

Fələstinlilər narahatdır: İranın fitnəkarlığı atəşkəsi poza bilər

2021-05-17

gun az article

Səudiyyə Ərəbistanı İrana və başqa 12 ölkəyə səfər qadağasını uzatdı

2021-05-17

gun az article

Gürcüstanın DİN başçısı və DTX-nın rəisi Dmanisiyə gəlib: "Məsələnin etnik olduğunu deyənlər düşmənlərdir"

2021-05-17

gun az article

İranlı kinorejissor Babək Xürrəmdin qətlə yetirilib - YENİLƏNİB

2021-05-17

gun az article

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücum: Xəsarət alanlar var-FOTO, VİDEO

2021-05-17

gun az article

Paşinyan bu dəfə Qırğızıstandan DƏSTƏK İSTƏDİ

2021-05-17

gun az article

Əli Əkbər Vilayəti: “Tezliklə Qüdsdə Xamneyinin imaməti ilə namaz qılacağıq”

2021-05-17

gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17