Çempionlar Liqası: "Qarabağ" III təsnifat mərhələsinə yüksəlib-VİDEO

28.07.2022, 10:15

İyulun 27-də "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Gunaz.tv Quote | Gunaz article

Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşıb. "Letsiqrund" stadionunda oynanılan görüşü FIFA prezidenti Canni İnfantino da izləyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Hesab erkən qolla açılıb. 4-cü dəqiqədə Maksim Medvedev sağ cinahdan ötürülən topu öz qapısından keçirib. Buraxılan qola baxmayaraq, “Qarabağ” öz oyun üslubundan qopmayıb. 7-ci dəqiqədə Riçard Almeydanın zərbəsini Yanik Brexer çətinliklə dəf edib. Az sonra Kevin Medina təhlükəli ötürmənin qarşısını kəsməklə, 2-ci qolun vurulmasına mane olub.

22-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev Antonio Markesanonun başla vurduğu topu tutub. 

4 dəqiqə sonra Abdullah Zubir qapıçı ilə təkbətək qalsa da, zərbəsində dəqiqlik çatmayıb. Ardınca isə Marko Yankoviçin zərbəsi qapıdan aralı keçib. Qonaqların növbəti hücumu zamanı Ramil Şeydayev əlverişli vəziyyətdə topu qapıdan keçirə bilməyib. İlk hissənin sonlarına yaxın Medina zədələnib. Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu Bədavi Hüseynovla əvəzlənib.

“Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

İkinci yarıya da komandalar qarşılıqlı hücumlarla başlayıblar. Əvvəlcə Şeydayev sürəti hesabına müdafiəçiləri geridə qoyub Brexerlə üzbəüz qalsa da, zərbəsi istənilən kimi alınmayıb. 

Ardınca isə standart vəziyyət zamanı “köhlən atlar”ın qapısı qarşısında təhlükə yaşanıb. Amma rəqib futbolçulardan topa toxunan olmayıb. 55-ci dəqiqədə isə “Qarabağ” hesabı bərabərləşdirib. Şeydayevin sağ cinahdan ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Kadi Borges tarazlığı bərpa edib.

76-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi künc nöqtəsindən topu birbaşa qapıya göndərsə də, qolkiper qola mane olub. Matçın sonlarına doğru Sürix təmsilçisi təzyiqi artırıb. 

80-ci dəqiqədə meydanda futbolçular arasında insident baş verib. Maksim Medvedevin zədələnməsindən sonra "Sürix"in futbolçuları hakimə etiraz ediblər.

Bu zaman Ayequn Tosin Markoviçi sinəsindən itələyərək yerə yıxsa da, referi futbolçunu cəzalandırmayıb. Oyuna davam edə bilməyən Medvedev isə Bəhlul Mustafazadə ilə əvəzlənib. “Sürix”in çoxsaylı hücumları əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə öz bəhrəsini verib. 

İvan Santini müdafiədəki səhvdən yararlanaraq, Azərbaycan çempionunu 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, Bakıdakı ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazandığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.

97-ci dəqiqədə Kvabena Ovusu qapıçı ilə üzbəüz dueldən məğlub ayrılsa da, cəmi 1 dəqiqə sonra hesaba yenidən tarazlıq gətirib. Az sonra meydanda yenidən gərginlik baş verib. Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib.

Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. 

Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib. "Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb. 

111-ci dəqiqədə İvan Santini qonaqları 3-cü dəfə cəzalandıra bilərdi. Lakin xorvatiyalı forvard qapı qarşısında topa toxuna bilməyib. 2 dəqiqə sonra Şahruddin Məhəmmədəliyev rəqibin real qol epizodunun qarşısını alıb. 

Ardınca isə Zubirin zərbəsi qapı dirəyindən geri qayıdıb. Fransalı yarımmüdafiəçi 120-ci dəqiqədə də qol yaxın olub. Lakin onun vurduğu top qapıdan azca aralı keçib. Matçın sonlarına yaxın əzələsi dartılan Marko Veşoviçi Abbas Hüseynov əvəzləyib.

Qalan dəqiqələrdə başqa qol olmayıb və “Qarabağ” səfərdəki heç-heçədən sonra adını III təsnifat mərhələsinə yazdırıb. Ağdam klubunun növbəti raunddakı rəqibi "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq.

Azərbaycan çempionu mərhələ adlamaqla, ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24