SON XƏBƏRLƏR

Urmulu taksi sürücüləri etiraza qalxdı

2023.05.25, 14:26
Urmulu taksi sürücüləri etiraza qalxdı

Gunaz.tv

Bu barədə taksi sürücülərinin nümayəndələri özlərinin sosial media hesablarında məlumat yayıblar.

Onlar qanunla nəzərdə tutulmuş hüquqlarının tapdalandığını bildirib.

Narazı sürücülər inflyasiyanın və yoxsulluğun səviyyəsinin artdığı vaxtda gediş haqlarının artırılmasını pisləyiblər.

Qeyd ediblər ki, qiymət artımı sərnişinlərlə sürücülər arasında narazılqlar yaradıb.

Sürücülər bildirib ki, taksilər üçün nəzərdə tutulan yanacağın, ehtiyat hissələrinin və supsidiyaların verilməsində uzun müddətli gecikmələr onları ağır duruma salıb.

Etirazçılar sərnişinlərlə sürücülər arasında problemlərin yaranmaması, hər iki tərəfin hüquqlarının qorunması üçün hakimiyyət tərəfindən vəd olunan subsidiyaların verilməsini tələb ediblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar