Ən böyük sement istehsalçılarından olan Şərqi Azərbaycanda sement qıtlığı yaranıb

2020-11-18 13:30

Şərqi Azərbaycan əyalətində tibbi ləvazimatlar və qida çatışmazlığı, eləcə də artan kəskin bahalaşma fonunda indi də növbə tikinti və infrastruktur materiallarının qıtlığına çatıb.

Gunaz.tv Quote | Gunaz article

Sementin dövrü çatışmazlığı başa düşülsə də, amma Güney Azərbaycanda bu tikinti materialının əsas mərkəzi hesab edilən Şərqi Azərbaycan əyalətində sement qıtlığı gözlənilməz hadisədir. 


Bu məsələ müxtəlif növ tikinti layihələrinin də yarımçıq qalmasına səbəb olub. İran rejiminin məsulları iddia edir ki, Şərqi Azərbaycan əyalətində zəlzələdən zərər çəkmiş şəxslərə tikilən 1200 evin icrası prosesi də sement qıtlığı nəticəsində dayandırılıb. 


Hazırda ölkə bazarlarında 1 kisəsinin qiyməti 22 200- 28 000 tümən aralığında dəyişən sementi lazım olan miqdarda almaq mümkün deyil. 


Tikinti podratçılarının sözlərinə görə, sement qıtlığı və bahalaşması müxtəlif növ digər tikinti materiallarının qiymətlərinin artmasına səbəb olub. 


Mütəxəssislər iddia edirlər ki, payız fəslində tikinti işlərinin çoxalması, sementin digər əyalətlərdən daşınması qiymətlərinin artması və "milli tikinti layihələri"nin genişləndirilməsi sement qıtlığını meydana gətirən amillərdəndir. 


Məsələ ilə əlaqədar Şərqi Azərbaycan əyalətinin Mənzil- Komunal Təsərrüfatı Birliyinin müdiri Hafiz Babapur da tikinti materiallarının qiymətinin 4 dəfədən çox artmasının zəlzələ nəticəsində dağılmış evlərin bərpasında gecikməyə səbəb olduğunu iddia edib. 


Hazırda özü ölkədə əsas sement istehsalçılarından olan Şərqi Azərbaycan əyalətində çınqıl, qum və sement çatıışmazlığı yaşanır. Sement 100 faiz daxili imkanlar hesabına ölkədə istehsal olunur və onun qıtlığının heç bir xarici ölkə amili ilə əlaqəsi yoxdur", - deyə Hafiz Babapur əlavə edib. 


O, sonda nəzarət orqanlarını məsələni araşdırmağa və əsas səbəbləri tapmağa çağırıb. 

 

İran indi də Nurduzdan erməni işğalçılarına sement göndərir


Şərqi Azərbaycan əyalətinin Tikinti Materialları Satıcıları İttifaqının məlumatına görə, əyalət ərazisində bu sahədə 9 topdan satış və 400 pərakəndə satış mərkəzi var. Onlar sementi "Sufiyan" şirkətindən alıb, İttifaqın üzvləri arasında paylayırlar. 


Qeyd etmək lazımdır ki, Qarabağ müharibəsi gedən zaman və ondan əvvəl İranın Ermənistana Rusiya silahlarını ötürməsindən başqa, qida məhsulları və sement göndərməsi barədə də məlumatlar və görüntülər yayılmışdı. Buna görə də, bir müddət əvvəl Güney Azərbaycan şəhərlərindən bir çoxunda çörək və buğda qıtlığı yaranmışdı. Hazırda isə sement və tikinti materialları sahəsində çatışmazlığın meydana gəlməsinin əsas səbəbinin də bu məsələdən qaynaqlandığı hesab edilir. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27

gun az article

“Həştərud”da yol qəzası baş verib

2020-11-27

gun az article

Bostanabadın 130 kəndinin yolu bağlanıb

2020-11-27

gun az article

Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27

gun az article

Şərqi Azərbaycanda incəsənət müəssisələri müflis olmaqla üz-üzədir

2020-11-27

gun az article

Şərqi Azərbaycanda işlə bağlı ölümlərdə artım

2020-11-27

gun az article

Güney Azərbaycanın “Həştərud” bölgəsində ağır qar səbəbilə 120 kənd təcrid olunub

2020-11-27

gun az article

Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb

2020-11-27

gun az article

Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir

2020-11-27

gun az article

GünazTV Nov.26.2020-Sözümüz: Azərbaycan Dərgiləri

2020-11-27

gun az article

GünazTV Nov.26.2020- Düşünməyə Çağırı: Qarabağ və Gərçəklər

2020-11-27

gun az article

Urmu şəhərinin bir çox yerlərində elektirik enerjisi kəsilib

2020-11-26

gun az article

Ərdəbil şəhərinin duvarlarında məhbus milli fəallara dəstək qrafitləri

2020-11-26

gun az article

GünazTV Nov.26.2020: Paylaşım programı 2-ci Bölüm

2020-11-26

gun az article

Güney Azərbaycanın bəzi bölgələrinə qar yağıb- FOTO

2020-11-26