SON XƏBƏRLƏR

Cen Psaki: “Sallivanın İsrailə səfəri İranla bağlı digər seçimləri araşdırmaq üçündür”

2021.12.23, 09:14
Cen Psaki: “Sallivanın İsrailə səfəri İranla bağlı digər seçimləri araşdırmaq üçündür”

Gunaz.tv

O, Vyanada İranla aparılan nüvə danışıqlarının uğursuz alınacağı təqdirdə İsrailin İrana qarşı hərbi hücuma keçəcəyi ilə bağlı ehtimala da toxunub.

Psaki deyib ki, Sallivan hazırda qarşımızda olan seçimləri İsrail rəsmiləri ilə müzakirə edir.

“Sallivanın İsrailə səfəri İranla bağlı digər seçimləri araşdırmaq üçündür. 

Daha doğrusu, Sallivanın Tel-Əvivə səfəri bizim müttəfiq və tərəfdaşlarımızla, o cümlədən də İsraillə İran barədə apardığımız danışıqların tərkib hissəsidir"-deyə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Cen Psaki deyib ki,  hazırda Vyana danışıqlarının dayandırılmaslndan sonra bu kimi görüşlərin keçirilməsi və məsələ ilə bağlı müzakirələr aparılması davam etdirilməlidir.

"Sallivanın İsrailə səfərində bizim birgə narahatlığımıza səbəb olan İranın nüvə proqramının inkişaf etdirilməsi məsələsi ətrafında müzakirələr aparılıb”-Cen Psaki belə deyib.

A.M 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar