Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin sədr müavini deyib ki, "Əndəryan” qızıl mədənindəki “Zarrin dağ” şirkəti ən qısa müddətdə zəhərli tullantılarla çirklənmiş torpaqların təmizlənməsi üçün plan təqdim etməlidir. Əks təqdirdə qanun çərçivəsində şirkətə qarşı ciddi tədbirlər görüləcəkdir.
Gunaz.tv
Mir Möhsün Hüseyni Qumi, Əndryan qızıl mədəninin problemlərinin müzakirəsinə həsr olunan iclasda bunları söyləyib ki, qanuna görə, bütün sənaye və mədən şirkətləri çirklənmələri təmizləməyə və ətraf mühiti bərpa etməyə borcludurlar.
İclasda qərara alınıb ki, şirkət əyalətin Ətraf Mühiti Mühafizə Təşkilatının təklif etdiyi 10 proqramı həyata keçirsin. Eyni halda çirklənmiş torpaqları 10 gün ərzində qrafikə uyğun olaraq zəhərli tullantılardan təmizləsin.
Hüseyni Qumi əks təqdirdə məhkəmə orqanları vasitəsi ilə şirkətin fəaliyyətinin qarşısının alınacağı və mədənin ploblanacağını deyib.
O, ətraf mühitin qorunmasını əsas hədəf kimi qəbul etdiklərini və bu istiqamətdə ekologiyaya ziyan vuranlara qarşı ciddi davranacaqlarını söyləyib.
Xatırladaq ki, ətraf mühitə zəhərli tullantılar yayan Əndəryan qızıl mədəni 2020-ci il, noyabr ayının 18-də plomlanmışdır.
C.E