SON XƏBƏRLƏR

Beni Qants: “İranın nüvə proqramına qarşı hücuma hazırlıq işləri görürük”

2021.11.26, 12:09
Beni Qants: “İranın nüvə proqramına qarşı hücuma hazırlıq işləri görürük”

Gunaz.tv

O deyib ki, İsrailin Ranın nüvə proqramı qarşısındakı möhkəm mövqeyi Tel-Əvivin tərəfdaşlarına və onların Tehranla apardığı danışıqlarına öz müsbət təsirini göstərib.

“Biz İranın nüvə proqramına qarşı hərbi hücuma hazırlıq işləri görür, İranın nüvə mərkəzlərinə qarşı hücum üçün öz hərbi qabiliyyətlərimizi yüksəltməyə çalışırıq.

Biz elə bir nüvə razılaşmasının tərəfdarıyıq ki, nəinki İranın uranı zənginləşdirməklə bağlı fəaliyyətlərinə nəzarət edə bilsin, hətta indiki razılaşmada uranın zənginləşdirilməsi ilə bağlı mövcud boşluqları doldursun, Tehranın raket sistemləri proqramının və onun dağıdıcı regional fəaliyyətlərinin qarşısını ala bilsin”, -deyə İsrailin müdafiə naziri Beni Qants ötən gün “Times of Israel” qəzetinə açıqlamasında bəyan edib.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün Vyanada Qərblə İran arasında aparılan danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar