Beni Qants: “İranın nüvə təsisatlarında baş verən olayların bizə aidiyyəti yoxdur”

2020-07-05 21:31

İsrailin müdafiə naziri Beni Qants iyulun 5-də İsrail Ordusu Radiosuna müsahibəsində İranın Nətənz nüvə təsisatında baş verən yanğına münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

Qants, ölkəsinin İranın nüvə mərkəzlərində baş verən bütün şübhəli partlayışların mütləq arxasında olması ilə bağlı yayılan şayiələri rədd edərək deyib ki, İranın nüvə silahına yiyələnməsi dünyaya, regiona və İsrailə qarşı bir təhlükə və təhdiddir: “Biz, İranın nüvə silahına yiyələnmə şansını azaltmaq üçün bütün sahələrdə səylərimizi davam etdirəcəyik. Lakin bizim bu daimi siyasətimiz İranda baş verən hər hansı bir olayla əlaqələndirilməməlidir. 


Hər kəs İsraildən şübhələnə bilər. Lakin hesab edirəm ki, bu düzgün yanaşma deyil. İranın nüvə təsisatlarında baş verən olayların hökmən bizimlə əlaqəsi yoxdur. 


Bütün nüvə təsisatları mürəkkəb sistemlərə malikdir və onlarda yüksək təhlükəsizlik tədbirləri nəzərdə tutulub. Lakin iranlıların bu sistemləri necə qorumağı bacardığından əmin deyiləm” -deyə, İsrailin müdafiə naziri Beni Qants əlavə edib. 


Xatırladaq ki, iyulun 2-si sübh saatlarında İranın İsfahan şəhərinin yaxınlığında yerləşən Nətənz nüvə təsisatında bir neçə partlayışın ardınca yanğın baş verib. 


İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi mediaya açıqlamasında hadisədə hər hansı bir insan tələfatının olmadığını və ətraf mühitə hər hansı bir radioaktiv yayılması təhlükəsinin olmadığını bildirib.


İran rejimi Nətənz nüvə təsisatında baş vermiş olayın mahiyyətini və onun detallarını açıqlamaqdan boyun qaçırsa da, İranın bir sıra siyasi dairələrində və sosial şəbəkələrdə Nətənz təsisatında baş vermiş partlaış və yanğının arxasında İsrailin durduğu barədə fikirlər səsləndirilir. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05

gun az article

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

2020-08-05

gun az article

İsrailin Suriyaya son hücumlarında İrana bağlı 15 yaraqlı həlak olub

2020-08-05

gun az article

İranda daha 185 nəfər koronavirusdan ölüb, əlavə 2697 nəfər infeksiyaya yoluxub

2020-08-05

gun az article

"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib

2020-08-05

gun az article

Zahidanda səs bombasının partlaması nəticəsində hüquq-mühafizə qüvvələrinin 4 əməkdaşı yaralanıb

2020-08-05

gun az article

Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05

gun az article

İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05

gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04