SON XƏBƏRLƏR

Beni Qants: “İran region ölkələrinin ən böyük düşmənidir”

2021.12.29, 13:49
Beni Qants: “İran region ölkələrinin ən böyük düşmənidir”

Gunaz.tv

İranın regional terroçu qruplaşmaları silahlandırdığını vurğulayan Qants deyib ki, İsail ordusu İranın Orta Şərq bölgəsində özünün təmsilçi qüvvələrinə silah-sursat göndərməsinə imkan verməyəcək.

“İran region ölkələrinin ən böyük düşmənidir. İsrail ordusu İranın müxtəlif cəbhələrdə alovlandırdığı təhdidlərin qarşısında dayanıb və bu təhdidin qarşısını almaq üçün böyük əmək sərf edib.

İran rejimi öz vətəndaşlarını su və təhsillə bağlı ehtiyaclarını təmin edə bilmədiyi bir halda, nüvə proqramına böyük məbləğdə sərmayə qoyur və proksi (təmsilçi) qüvvələrinə dəstək verir. 

İran Suriya, Livan və Yəmən kimi ölkələrin suverenliyini və milli hakimiyyət haqqını pozub və həmin ölkələrin liderləri isə öz maraqları naminə regionu oda çəkməyə çalışırlar. 

Biz isə İranın həmin ölkələrdəki təmsilçi qüvvələrini silahlandırmasına imkan verməyəcək, öz milli təhlükəsizliyimizi qorumaq üçün istər qurudan, istərsə də hava və ya dənizdən bu təhdidin qarşısını almağa çalışacağıq”, - deyə İsrailin müdafiə naziri Beni Qants bildirib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar