SON XƏBƏRLƏR

İsraildən İrana sərt xəbərdarlıq: “Müharibə baş versə misli görünməmiş əməliyyatlar həyata keçirəcəyik”

2021.11.10, 10:54
İsraildən İrana sərt xəbərdarlıq: “Müharibə baş versə misli görünməmiş əməliyyatlar həyata keçirəcəyik”

Gunaz.tv

İsrailin şimalında yerləşən Rafael hərbi sənayesinə bağlı olan silah-sursat istehsalı ilə bağlı bir zavodun açılış mərasimində çıxış edən Beni Qants deyib ki, İsrail ordusu hər hansı bir təhdidin qarşısını almağa hazırdır.


“15 il əvvəl bu məkan “Hizbullah”ın raketləri və Suriyadakı İran qüvvələrinin təhdidi nəticəsində məhv edildi. Lakin əgər regionda yenidən müharibə baş versə, biz misli indiyə qədər görünməmiş hərbi əməliyyatlar keçirmyə hazırıq”, -deyə İsrailin müdafiə naziri Beni Qants bildirib.


Beni Qantsın bu xəbərdarlığı, İsrail ordusunun yüksək rütbəli hərbi komandirlərinin İrana qarşı bəyanatlarını daha sərtləşdirdiyi bir vaxta təsadüf edib.


Bu arada, İsrail ordusunun baş qərargah rəisi Aviv Koxavi mediaya açıqlamasında İsrail ordusunun İranın nüvə proqramından irəli gələn ciddi təhdidinin qarşısını almağa tam hazır olduğunu bəyan edib. 


“İsrail ordusunun İranın nüvə proqramını hədəfə almaq üçün planlar haırlaması sürətləndirilib. Biz bütün Orta Şərqdə gizli əməliyyatlar keçirmişik və düşmənlərimizə qarşı tədbirlər görməyə davam edirik ”, -deyə İsrail ordusunun baş qərargah rəisi Aviv Koxavi bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar