SON XƏBƏRLƏR

"Yeni dəhliz bölgənin inkişafına əhəmiyyətli təkan verəcək"-Baş nazir

2022.03.15, 08:04
"Yeni dəhliz bölgənin inkişafına əhəmiyyətli təkan verəcək"-Baş nazir

Gunaz.tv

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək: “Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələrinin bölgənin inkişafına əhəmiyyətli təkan verir”.

Baş nazir işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa və qurucluq işlərindən də danışıb. 
“Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.

Onun sözlərinə görə, azad edilən ərazilərin kənd təsərrüfatı potensilaı da Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyət daşıyır: “Azad edilmiş ərazilərin 100 min hektarında əkin işləri aparılması ilə bağlı Prezident tərəfindən tapşırıq verilib”.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar