SON XƏBƏRLƏR

Yeni idarəetmə modeli: Qarabağda tətbiqinə başlanılır

2021.12.02, 11:47
Yeni idarəetmə modeli: Qarabağda tətbiqinə başlanılır

Gunaz.tv

Bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, məsələnin digər tərəfi, Azərbaycan Prezidentinin bu sərəncamı ilə yerli idarəetmədə yeni yanaşmanın tətbiq edilməsidir:

“Belə ki, iqtisadi rayon üzrə Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir. Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilmişdir. 

Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb.

Bir müddət öncə işğaldan azad olunan ərazilərimizdə formalaşacaq modelin digər regionlarımız da transfer olunacağı bildirilmişdi.

Bögələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur. Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni modelin formalaşdırılır və bu yeni stuktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”. (cebhe.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar