SON XƏBƏRLƏR

Yeni ilə qədər İkinci Qarabağ Müharibəsinin iştirakçılarına veteran statusu veriləcək

2021.11.02, 08:35
Yeni ilə qədər İkinci Qarabağ Müharibəsinin iştirakçılarına veteran statusu veriləcək

Gunaz.tv

Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, Birinci Qarabağ Müharibəsi veteranlarının aldıqları aylıq 80 manat müavinət İkinci Qarabağ Müharibəsi qazilərinə də veriləcək:

“Sadəcə, siyahıda dəqiqləşmə gedir. İlkin mərhələdə onlara da 80 manatın verilməsi planlaşdırılır. Gələcəkdə artırılıb-artırılmamasına baxılacaq. Nə qazilərin, nə şəhidlərin, nə veteranların - heç birinin statusunda fərq yoxdur. Qanun hamı üçündür”.

İkinci Qarabağ Müharibəsi iştirakçılarına veteran statusunun hələ də verilməmə səbəbinə aydınlıq gətirən komitə sədri deyib ki, bu, bəzi iştirakçıların müalicələrinin tam bitməməsi, əlilik dərəcəsinin müəyyən edilməməsi və dəqiqləşmə işlərinin aparılması ilə bağlıdır.

“Çünki əliliyi müəyyən edilənlər veteran olmur. Veteran statusu ancaq müharibədə iştirak edib, hansısa xəsarət alan, amma əliliyi olmayanlara verilir. Yəqin ki, yaxın günlərdə, yeni ilə qədər artıq bununla bağlı qərar veriləcək”. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar