SON XƏBƏRLƏR

Enn Dersi :Qəbələ RLS məsələsi gündəmdən çıxmayıb

2021.10.20, 07:36
Enn Dersi :Qəbələ RLS məsələsi gündəmdən çıxmayıb

Gunaz.tv
«Qəbələ RLS gündəmdən çıxmayıb» Ələkbər Raufoğlu 6e24992d-66af-4c21-a614-640606fe584a_w220_s.jpg «Qəbələ RLS məsələsi gündəmdən çıxmayıb». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iyulun 10-da jurnalistlərə bildirib. Səfir deyib ki, ABŞ-la Çexiyanın radarların yerləşdirilməsinə dair razılaşması Vaşinqtonun ürəyincədir, amma bu razılaşma ratifikasiya olunmalıdır: «Bununla belə, biz raketlərə qarşı sistemin geniş arxitekturasının yaradılmasını istəyirik. Bu çərçivədə fəaliyyətimizi davam etdirməyi düşünürük və Qəbələ RLS-i də bu konkteksdə nəzərdən keçirə bilərik». Ders deyib ki, bu stansiya Azərbaycana məxsus olduğundan onunla bağlı danışıqlardan Bakı xəbərdar edilməlidir. ABŞ İran kimi ölkələrdən yarana biləcək raket hücumlarından müdafiə üçün Avropada radarlar qurmağa çalışır. Səfir onu da bildirib ki, İranın öz raketlərini sınaqdan keçirməsi Azərbaycan üçün də müəyyən dərəcədə narahatlıq doğurur. Buna görə də Vaşinqton raket əleyhinə beynəlxalq sistemin yaradılmasına sadiqdir. Ders vurğulayır ki, İranın raket təhdidləri ehtimalı həmişə var: «Amerika diplomatik üsullardan istifadə edərək bu məsəlinin dinc yollarla həllinə nail olmaq istəyir. Son həftələrdə ABŞ və onun tərəfdaşları İrana yeni stimullar zərfi təqdim edib və ümid edirik ki, Tehran bunu nəzərdən keçirərək uranın zənginləşdirilməsi planı üzərində yenidən düşünəcək». Səfir Birləşmiş Ştatların İstanbuldakı Baş Konsulluğuna hücuma da münasibət bildirib. Deyib ki, bu kimi bədxah, zorakı aktlar pislənilməlidir: «Bizim ürəyimiz öz həyatlarını itirənlərin ailələrinin yanındadır». Ötən il Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Corc Buşa Qəbələ RLS-i birgə istifadə etməyi təklif edib. azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar