SON XƏBƏRLƏR

"İranın İsrail vətəndaşlarına istənilən hücumuna qətiyyətlə cavab veriləcək"- Benni Qantz

2022.06.20, 05:07
"İranın İsrail vətəndaşlarına istənilən hücumuna qətiyyətlə cavab veriləcək"- Benni Qantz

Gunaz.tv

Benni Qantzın İsrailin Müdafiə Nazirliyinin ofisi tərəfindən yayılan bəyanatında Türkiyədə olan bütün israillilər təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etməyə çağırılıb.

Bundan öncə iyunun 17-də İsrailin təhlükəsizlik rəsmiləri İran hökuməti tərəfindən iranlı quldur dəstələrinə Türkiyədə, xüsusilə İstanbulda İsrail vətəndaşlarını hədəfə almaq barədə əmr verildiyini bildirmişdilər.

İsrail rəsmiləri İran agentlərinin İstanbulda İsrail vətəndaşlarının yaşadıqları restoranlara, əyləncə məkanlarına və otellərə onları qaçırmaq və ya öldürmək məqsədilə hücum cəhdlərini vurğulayıb və Türkiyədən çıxa bilməyən israillilərə öz otaqlarında qalmalarını, israilli olduqlarına dair nişanələri gizlətmələrini tövsiyə edib.

Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə qarşı əməliyyat keçirib və  israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxsləri saxlayıb.

Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu SEPAH-ın Qüds qüvvələrinin üzvü olan şəxslər həbs olunub. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar