Bu barədə o, tvitter hesabında yazıb.
“ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa və avroatlantik intqrasiyasına dəstək verməyə qərarlıdır. Burada görüşlərimi səbirsizliklə gözləyirəm”, - o qeyd edib.
L.Austin səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşəcək. Tərəflər ABŞ-Gürcüstan əməkdaşlığı, qlobal təhlükəsizlik və regional məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Pentaqon rəhbəri Gürcüstandan sonra Ukraynaya səfərə yollanacaq. (report.az)
Ayxan