Pentaqon sözçüsü SEPAH-ın neft tankeri ilə bağlı iddialarını “gülünc” adlandırdı: "Ağ yalandır"

04.11.2021, 16:20

Amerika Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi noyabrın 3-də mediaya açıqlamasında SEPAH terror təşkilatının ABŞ-ın körfəzdə guya İran neftini daşıyan bir tankeri saxlaması ilə bağlı irəli sürdüyü iddiasını təkzib edib.

Gunaz.tv Quote | Gunaz article

SEPAH-ın neft tankeri ilə bağlı iddiasını “gülünc” adlandıran Kirbi deyib ki, hadisə İranın uydurmalarına baxmayaraq tam əksinə olub və İranın üçüncü bir ölkəyə məxsus olan neft tankerinin hərəkətinə mane olub.


“Mən iranlıların bununla bağlı gülünc iddialarını görüb eşitmişəm. Onların dedikləri ağ yalandan başqa bir şey deyil. Bu saxta bir iddiadır.

 
Amerikanın hərbi dəniz qüvvələri heç bir tankeri saxlamağa cəhd göstərməyib. İranlıların iddia etdiyi hadisə isə oktyabrın 24-də baş verib. Belə ki, Amerikanın körfəzdəki qüvvələri Oman dənizində və beynəlxalq sularda “SEPAH qüvvələrinin qanunsuz olaraq neft daşıyan bir gəminin göyərtəsinə daxil olmasının şahidi olublar. Lakin gəmini onlardan geri almaq üçün hər hansıbir müdaxilə etməyiblər.


Mən SEPAH qüvvələrinin dayandırdığı neft tankerin hansı bir ölkə məxsus olmasını açıqlamayacağam, istəsələr özləri açıqlayarlar.


Hesab edirəm ki, İranın bu kimi hərəkətləri beynəlxalq qanunları açıq-aşkar pozur, beynəlxalq sularda ticari gəmilərin sərbəst hərəkətinə mane olur, azad ticarəti zəiflədir. Bu isə qəbuledilməzdir”, -deyə Amerika Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi bildirib.


Xatırladaq ki, SEPAH terror təşkilatı noyabrın 3-də bəyanat yayaraq, sürət qayıqlarının Oman dənizində üzən Amerikanın hərbi gəmisi ilə üz-üzə gəlməsindən xəbər verib.


SEPAH iddia edib ki, bir neçə vaxt əvvəl Amerikanın bir hərbi gəmisi Oman dənizində İran neftini daşıyan bir tankeri dayandırdıqdan sonra ondakı nefti başqa bir tankerə köçürməklə naməlum istiqamətə aparmağa çalışıb, lakin SEPAH-ın sürət qayıqları Amerikanın hərbi gəmisi ilə üz-üzə duraraq, sözü gedən tankerin göyərtsəində əməliyyat keçirərək onu İran sahillərinə yöndəriblər. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25