SON XƏBƏRLƏR

İranda ilk tvitter trendi: "Abbas Lisani dili qadağan edilmiş bir xalqın danışan dilidir"

2022.09.03, 18:37
İranda ilk tvitter trendi: "Abbas Lisani dili qadağan edilmiş bir xalqın danışan dilidir"

Gunaz.tv

Keçmiş siyasi məhbusların, universitet müəllimlərinin, ziyalıların, milli təşkilatlara bağlı şəxslərin və jurnalistlərin dəstək kampaniyasında iştirakı yüksək səviyyədə olub.

Siyasi məhbus Abbas Lisaniyə dəstək mesajları bir neçə saat içində 8 minə çatıb və İranda tvitter istifadəçilərinin trendinə çevrilib.

"İndi türk tvitterdə tək kəlmə ilə bir tvit atırlar. Bizdə bu günü Abbas Lisaniyə həsr etdik.

Adı ilə onu əzizləyirik və sağlığına olan marağımızı dilə gətiririk"-deyə, keçmiş siyasi məhbus Səid Mətinpur "tvitter fırtınası" başlamadan öncə yazıb.

O, "Freelisani" həştəgi ilə  ikinci mesajında yazıb: 
"Abbas Lisani hərəkətimizin ən çox basqıya məruz qalmışlarından biridir.

Onun istiqamətli və davamlı hərəkət etməsi mədəniyyətimizə qarşı olanları incidib sarsıdır. Ədəbsizcə qarşı çıxmalar istisal nişanəsidir".
Türkiyədə yaşayan yazıçı və araşdırmaçı Məmməd Rəhmanifər Lisaninin tibbi xidmətlərdən məhrum edilməsinə toxunaraq onu milyonlarla türkün səsi adlandırıb.

Şair və milli fəal Əli Xeyrcu isə "Lisani dili qadağan edilmiş bir xalqın danışan dilidir"-deyə, yazıb.

Amerikalı yazıçı və Demokratiyaları Müdafiə Fondunun baş məsləhətçisi doktor Brenda Şaffer də ingilis dilində bir tvit ataraq bu tvitter fırtınasında iştirak edib.

“Abbas Lisani ağır əməliyyatdan sonra İran həbsxanasına qaytarıldı. Onun "suçu" nədir? “İranın etnik azlıqlarının məktəblərdə ana dilində təhsil almaq hüquqlarının təbliği”-deyə, Brenda Şaffer qeyd edib.

Həmçinin ötən gecə yüzlərlə sosial media istifadəçisi öz tvitlərində Freelisani həştəqindən istifadə edərək Abbas Lasaninin tibbi məzuniyyətinin ləğvinə etiraz ediblər.

Onlar müalicə prosesinin tamamlanmamasına baxmayaraq Abbas Lasaninin həbsxanaya qayıtmasından narahat olduqlarını bildiriblər və onun azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və Ərdəbil prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə Abbas Lisaninin məzuniyyət qərarı ləğv edilib.

Abbas Lisani avqustun 27-i günorta saatlarında Ərdəbil zindanına geri qayıtmağa məcbur olub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar