SON XƏBƏRLƏR

Ənvər Qərqaş: “BƏƏ ilə Səudiyyə Ərəbistanı İranla üz-üzə gəlməkdənsə siyası yanaşmağa üstünlük verirlər”

2021.10.20, 07:36
Ənvər Qərqaş: “BƏƏ ilə Səudiyyə Ərəbistanı İranla üz-üzə gəlməkdənsə siyası yanaşmağa üstünlük verirlər”

Gunaz.tv

GünazTV: Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qərqaş avqustun 2-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda ölkəsinin İran qarşısında Səudiyyə Ərəbistanı ilə əməkdaşlığından danışıb.

 

O bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin İranla bağlı yürütdüyü siyasəti Səudiyyə Ərəbistanının bu barədəki iyasəti ilə üst-üstə düşür: “Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı İranla üz-üzə gəlməkdənsə siyası yanaşmağa üstünlük verirlər. Bizim isə Ər-Riyadla əməkdaşlığımız davamlıdır” -deyə Ənvər Qərqaş əlavə edib.

 

Qərqaş həmçinin ölkəsinin Yəməndəki qüvvələrinin Səudiyyə Ərəbistanının razılığı ilə yerbəyer edildiyini bildirib.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının üzvüdür. Həmin koalisiya hazırda Yəməndə İranın dətəklədiyi radikal husilərə qarşı müharibə aparır.

 

Xatırladaq ki, ötən ay BƏƏ-nin Yəməndəki qüvvələrinin böyük bir hissəsini bu ölkədən çıxarması və ərəb koalisiyasından çıxması barədə xəbərlər yayılmışdı.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar