SON XƏBƏRLƏR

SEPAH məmurları daha bir etnik bəluçu güllələyib

2022.04.23, 10:39
SEPAH məmurları daha bir etnik bəluçu güllələyib

Gunaz.tv

Hidər Sina adlı bəluça aprelin 22-də öncədən xəbərdarlıq edilmədən atəş atəş açılıb və o hadisə yerindəcə dünyasını dəyişib.

İran İnsan Haqları Təşkilatı və bəluç fəalların verdikləri məlumata görə, yanacaq qaçaqmalçılığında şübhəli bilinərək güllələnən Heydər Sinanın qayığında aparılan axtarış zamanı yanacaq və hər hansı başqa qaçaq mal tapılmayıb.

Xatırladaq ki, İranda yoxsulluq və işsizliyin son həddə çatdığı bir vaxtda ölkənin ən geri qalmış bölgəsi olan Sistan və Bəluçistanın əhalisi ailələrini dolandırmaq üçün pərakəndə yanacaq daşımağa məcbur olurlar.

Ancaq sosial mediada yayılan video və xəbərlərə görə, İranın əmniyət gücləri onlara qarşı ən qəddar şəkildə davranır və çox vaxt onların ölümünə səbəb olurlar. 

Bəluc Fəallarıi Kampaniyasının 2021-ci illə bağlı yaydıqları hesabatına görə, ötən il ərzində bəluc vətəndaşlarına qarşı SEPAH və polis məmurları tərəfindən 52 dəfə xəbərdarlıq etmədən atəş açılıb və nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29 nəfər isə yaralanıb.
 
Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar