SON XƏBƏRLƏR

SEPAH yenidən Azərbaycanı hədələdi-VİDEO

2022.04.11, 12:05
SEPAH yenidən Azərbaycanı hədələdi-VİDEO

Gunaz.tv

“İran beynəlxalq sərhədləri dəyişdirmək məqsədilə istənilən plana sərt cavab verəcək”- başlıqlı paylaşımda Azərbaycan təhdid olunur.

Videoda ötən il ali lider Əli Xamneyinin ikinci Qarabağ müharibəsi haqda çıxışından sitat gətirilir,  Azərbaycana qarşı ənənəvi iddialar səsləndirilir.

“Beynəlxalq sərhədlərə riayət edilməlidir. Yəni, münaqişə tərəfləri ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz etməməli və terrorçular da sərhədlərimizin yaxınlığında yerləşdirilməməlidir”-deyə, Əli Xamneyinin çıxışında bildirilir. 

Videoda habelə SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpurun İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlim zamanı verdiyi açıqlama yer alıb: "Biz bölgənin bütün ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və sərhədlərin geosiyasətində hər hansı dəyişikliyi qəbul etmir, bunu İranın qırmızı xətti hesab edirik". 

Videoda Ermənistanın Azərbaycanla olan sərhədi qabarıq xətlə çəkilərək altında “qırmızı xətt” yazılıb.
Qeyd edək ki, bir müddət öncədə SEPAH oxşar paylaşım edərək Azərbaycan respublikasında “sionist” ünsürlərin və təkfirçi qüvvələrin olduğunu iddia etmişdi.

 


Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar