SON XƏBƏRLƏR

Əraqçi və Şmit: “İnstex” icra mərhələsinə çatıb”

2021.10.20, 07:36
Əraqçi və Şmit: “İnstex” icra mərhələsinə çatıb”

Gunaz.tv

GünazTV: İyunun 28-də Vyanada keçirilən nüvə sazişi (“Bərcam”) üzrə müştərək komissiyanın iclasına qatılan İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi və Avropa Birliyinin xarici siyasət üzrə sədr müavini Helga Şmit İranla Avropa arasında yaradılan “İnstex”in işə salınmasından  danışıblar.

 

Avropa Birliyinin xarici siyasət üzrə sədr müavini Helga Şmit jurnalistlərə açıqlamasında deyib ki, İranla Avropa ölkələri arasında yaradılmış özəl ödəmə kanalı “İnstex” artıq icra mərhələsinə çatıb: Ümid edirik ki, qarşıdan gələn günlərdə İranla Avropa arasında maliyyə əməliyyatları həyata keçiriləcək. Artıq bank vasitəsilə ilkin pul köçürmələri həyata keçirilir” –deyə Helga Şmit vurğulayıb.

 

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi isə jurnalistlərlə görüşündə İranla Avropa arasında “İnstex” mexanizminin artıq işə salındığını təsdiq edib: “Vyana iclasında müəyyən nəticələr əldə edilib. Bu isə irəliyə doğru bir addımdır. Lakin bu kifayət deyil. “İnstex”in işə salınması ilə bütün Avropa ölkələri İranla maliyyə əməliyyatlarını həyata keçirmək üçün bu mexanizmdən istifadə edə bilərlər. Əlbəttə ki, İran nefti satın alınmayınca, “İnstex” bizim bütün gözləntilərimizi yerinə yetirə bilməz. Məhz buna görə də hesab edirik ki, Avropa ölkələri bizim neftimizin satışını ciddi şəkildə gündəmə gətirməlidirlər” –deyə Abbas Əraqçi əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar