SON XƏBƏRLƏR

Ərbəbillilər zəlzələ baş vermiş Sərab əhalisinə yardım göndərməyə davam edirlər

2021.10.20, 07:36
Ərbəbillilər zəlzələ baş vermiş Sərab əhalisinə yardım göndərməyə davam edirlər

Gunaz.tv

GünAz TV: İran rejiminin etinasızlığı səbəbindən zəlzələ baş vermiş Sərabda insanlar hələ də acınacaqlı vəziyyətdədirlər. Lakin azərbaycanlı milli-mədəni fəallar insanlardan köməklər yığaraq, Səraba göndərməklə məşğuldurlar.

 

Ötən gün milli fəallar Sərabın Girşab və Dəvəniq kəndlərinə gedərək, digər bölgələrin azərbaycanlı əhalilərinin verdikləri istilik vasitələri, yorğan, uşaq və qadın paltarları və s. bu kimi köməkləri insanlara paylayıblar.

 

Onlar həmçinin ərdəbilli uşaqlardan biri Ayhan Mühibin bütün uşaqlar üçün isti ev arzusunu təsvir formasına çevirdiyi şəkili də Dəvəniq kəndinin sakini olan uşaqlardan birinə veriblər.

 

 

İranlı rəsmilərin vədlərinə baxmayaraq, bu günə qədər zəlzələ nəticəsində soyuq qış günlərində evsiz-eşiksiz qalmış Sərab və Miyanə sakinlərinə heç bir yardım edilməyib.

 

Milli fəallar bildirirlər ki, mövcud vəziyyətdən çıxış yolu yalnız türklərin zəlzələ baş vermiş ərazilərin əhalisinə yardım göstərməkdə həmkarlıq, həmrəylik və birliyidir.

 

Öncələr də fəallar Azərbaycanın müxtəlif bölgələrindən yığdıqları köməkləri zəlzələ baş vermiş bölgələrin əhalisinə paylamışdılar.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar