SON XƏBƏRLƏR

Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedən İran vətəndaşlarından 49 nəfəri ölüb

2021.10.20, 07:36
Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedən İran vətəndaşlarından 49 nəfəri ölüb

Gunaz.tv

GünAz TV: İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari İraqda Ərbəin mərasiminə qatılan ölkə vətəndaşlarından 49 nəfərinin öldüyünü deyib.


O, yerli media orqanlarına verdiyi müsahibədə həmin şəxslərin baş vermiş yol nəqliyyat hadisələri nəticəsində öldüklərini qeyd edib.


Bu gün həmçinin şənbə günü İraq ərazisində baş vermiş avtomobil qəzası nəticəsində İranın Tusi Universitetinin 5 tələbəsinin dünyasını dəyişməsiylə bağlı xəbərlər də yayılıb.


Hüseyn Zülfüqari hazırda İraqda olan ölkə vətəndaşlarını İrana geri dönməyə çağırıb.


"Vəziyyət normal deyil. Ona görə də, Kərbala və Nəcəfə daha tez gedə bilmiş zəvvarlar təcili ölkəyə qayıtsınlar. Hazırda yolda olanlar isə Kərbəla və Nəcəfdəki vəziyyətlə bağlı öncədən məlumat alıb, sonra getsinlər"- deyə nazir müavini əlavə edib.


Ötən günlər ərzində nəqliyyat vasitəsinin olmaması, eləcə də Kərbalaya yola düşmək üçün şəraitin yaradılmamasına görə, İrandan gedən zəvvarların çoxunun ölkəyə geri qayıtdığı barədə məlumatlar yayılmışdı.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar