SON XƏBƏRLƏR

Ərbildə türk diplomatlarını öldürənin bacısı HDP-nin deputatıdır

2021.10.20, 07:36
Ərbildə türk diplomatlarını öldürənin bacısı HDP-nin deputatıdır

Gunaz.tv

GünAz TV: İraqın Ərbil şəhərində restorana hücum edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Dersim Dağın böyük qardaşıdır.

 

"Report" xəbər verir ki, məlumatı İHA yayıb.

 

İraqın şimalındakı kürd muxtariyyətinin təhlükəsizlik idarəsi bildirib ki, restoranda terrorun törədilməsində iştirak edənlərdən biri - Mazlum Dağ 1992-ci ildə Türkiyənin Diyarbakır əyalətində anadan olub.

 

Onun Türkiyə parlamentinin üzvü, HDP-çi Dersim Dağın qardaşı olduğu müəyyən edilib.

 

İddia olunur ki, Mazlum Dağ terrorçu PKK qruplaşmasına təzyiq edərək bacısı Dersim Dağın deputatlığa namizədlər siyahısına saldırıb. Dağlar ailəsi Diyarbakırda qeydiyyatda olsalar da, hazırda İstanbulda yaşayırlar.

 

Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar