“Qardaşları azad edin” başlığı altında çəkilən rəsimlərdə Əli və Rza Vasiqi qardaşlarının fotoları əks olunub.
Gunaz.tv
Qeyd edək ki, oktyabr ayının 6-da Rza vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “gecə bulletenlərinin nəşri, hökumət əleyhinə təbliqat və milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 2 il həbs cəzasına mühakimə edilmişdilər.
İttihamı sübut edəcək kifayət qədər dəlil olmadığına görə təhlükəsizlik məmurları qanunsuz olaraq Vasiqi qardaşlarını iştiraki ilə mağazanı yoxlammışdılar. Onlar, qardaşlar həbsxanaya köçürüldükdən sonra, gecə və heç bir hal şahidinin olmadığı halda mağazada axtarış aparmışdırlar.
Güney Azərbaycan xalqının Qarabağın azadlıq əməliyyatına dəstək aksiyaları zamanı Apellyasiya Məhkəməsi, məhkəmənin qardaşlar haqqında çıxardığı ədalətsiz hökmün qüvvədə saxlanılması və icra edilməsinə qərar verdi.
Güney azərbaycanlı milli-mədəni fəallar qondarma ittihamlarla həbs olunan və Ərdəbil həbsxanasının 2-ci bölməsində saxlanılan “Əli və Rza Vasiqi” qardaşlarına dəstək olmaq üçün, Şəhər duvarlarına “Vasiqilər” qrafiti çəkiblər.
C.E