Ərdəbil əhalisi sürətlə qocalır- Validən xəbərdarlıq

2021-05-21 09:10

Ərdəbil əhalisi sürətlə qocalır. Bu barədə Ərdəbil əyalətinin valisi Əkbər Behnamcu məlumat verib. O, bildirib ki, əyalətdə yaşlı insanların sayı normadan xeyli yüksəkdir.

Gunaz.tv Quote | Gunaz article

Cümə axşamı Cəmiyyətin Strateji Şurasının iclasında çıxış edən Əkbər Behnamcu cƏrdəbil əyalətinin əhalisinin yarısının orta yaşlı olduğunu bildirib. Qeyd İdarəsinin son hesabatına əsaslanan vali 2036-cı ilə kimi əyalət əhalisinin üçdə birinin 60 yaşdan yuxarı insanlardan ibarət olacağını deyib.

Vali tək uşaqlılığın və övladsızlığın qarşıdakı iyirmi ildə cəmiyyət üçün ciddi təhdid olduğu barədə xəbərdarlıq edib. 
"Qarşıdakı 20 il içində əyalət əhalisinin çoxunu yaşlıların oluşduracağı üçün indidən 60 yaşdan yuxarı insanların baxımı və  normal yaşayışlarının təmini üçün infrastrukturun qurulmasına başlanılmalıdır”-deyə, o, bildirib.

Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin başçısı Şəhram Rəsuli aprel ayının 16-da mətbuata verdiyi açıqlamada Ərdəbildə doğum nisbətinin azalma tendensiyasının sürətləndiyini, ötən il qeydə alınan doğum nisbətinin əvvəlki ilə görə 8% azaldığını bildirmişdi.

Son rəsmi statistikaya görə, Ərdəbil əyalətinin əhalisinin sayı 1 milyon 325 min 269 nəfər olub. Onlardan 901 min 182 nəfəri şəhərlərdə, 424 min 87 nəfəri isə kəndlərdə yaşayır.

Qeyd edək ki, əyalətin yaşlılarının sayının artması və törəmə nisbətinin azalmasının əsas səbəblərindən biri bölgədə hakim olan iqtisadi durum və işsizlikdir. Belə ki, əyalətdə işsizlikdən əziyyət çəkən gənc nəslin bir çoxu iş dalınca Tehran başda olmaqla başqa bölgələrə köçmək məcburiyyətində qalırlar.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16