SON XƏBƏRLƏR

Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsi Məhəmmədrza Fəqihiyə bəraət verib

2021.10.20, 07:36
Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsi Məhəmmədrza Fəqihiyə bəraət verib

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi özünə qarşı irəli sürülən ittihamdan bəraət qazanıb.

 

Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 13-cü şöbəsinin rəisi hakim Xudadadi azərbaycanlı vəkilə qarşı irəli sürülən itthamın sübuta yetirilmədiyini qeyd edərək ona bəraət verib. Fəal birinci instansiya məhkəməsi tərəfindən “dosyeni Abbas Lisaniyə açıqlamaqla məhkəmənin gizli sənədlərini ifşa etmək”də ittiham olunmuşdur.

 

Ərdəbil Cinayət Məhkəməsinin 102-ci şöbəsi tanınmış fəalın vəkilini qeyd etdiyimiz ittihama görə 2 il müddətinə təxirə salınmaqla 6 ay şərti həbs cəzasına məhkum etmişdir.

 

Məhbusların Hüquqlarının Müdafiəsi Dərnəyinin idarə heyətinin üzvü Məhəmmədrza Fəqihi 2019-cu il oktyabrın 20-də Ərdəbil prokurorluğuna çağırılaraq saxlanmışdır. Ərdəbil həbsxanasında saxlanılan vəkil 3 gün sonra oktyabrın 23-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Xatırladaq ki, yuxarıda adı çəkilən tanınmış fəal Abbas Lisani hazırda Ərdəbil həbsxanasında məhbus həyatı yaşayır. O Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar