Ərdəbil əhalisi sürətlə qocalır:Əyalətdə doğum faizi aşağı düşüb

2021-04-17 12:58

​​​​​​​Ərdəbil əyalətinin əhalisi qocalır. Bu barədə əyalətin Qeydiyyat İdarəsinin başçısı Şəhram Rəsuli bildirib. Onun sözlərinə görə, əyalətdə doğum faizi azalıb. 

Gunaz.tv Quote | Gunaz article

Orta yaşlıların və qocaların sayı artıb. Şəhram Rəsuli dünən aprel ayının 16-da verdiyi açıqlamada əyalətdə doğum nisbətinin azalma tendensiyasının sürətləndiyini, keçən il qeydə alınan doğum nisbətinin əvvəlki ilə görə 8% azaldığını bildirib.

 

O, ailələr arasında az uşaqlılığa üstünlük verildiyini, nəticədə doğum nisbətinin azalması ilə birlikdə Ərdəbil əyalətinin əhalisinin orta yaşının çoxalması, cəmiyyətin qocalmasının sürətlə artmasına səbəb olduğunu qeyd edib.

 

Bundan öncə ötən ilin dekabr ayına olan məlumata görə, 2020-ci ilin son 8 ayı ərzində ərdəbil əyalətində 12 min 53 doğum, 6 min 310 ölüm faktı qeydə alınmışdı.

Şəhram Rəsuli o vaxt mətbuata verdiyi açıqlamada cəmiyyətdə doğum və ölüm arasındakı balansın pozulmasını koronovirus pandemiyası ucbatından ölüm hallarının çoxalması ilə əlaqələndirmişdi.

 

Son rəsmi statistikaya görə, Ərdəbil əyalətinin əhalisinin sayı 1 milyon 325 min 269 nəfər olub. Onlardan 901 min 182 nəfəri şəhərlərdə, 424 min 87 nəfəri isə kəndlərdə yaşayır.

Pandemiyanın başlamasından bu günə kimi Ərdəbil əyalətində koronovirus xəstəliyindən ölənlərin ümumi sayı 1518 nəfərdir.

 

Qeyd edək ki, İranda ölüm faktlarının çoxalması, doğum sayının azalması Sedyid Əli Xamneyinin əhaliyə çağırışı ilə eyni vaxta təsadüf edir.

Dini lider əhalini sayının artırılmasının vacib olduğunu bildirib və ailələri çox uşaq dünyaya gətirməyə dəvət edib.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kiyanuş Aslani "Evin" həbsxanasına geri dönüb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14