SON XƏBƏRLƏR

Ərdəbil kəndlərində normal yol və sağlam su sıxıntısı yaşanır

2021.10.20, 07:36
Ərdəbil kəndlərində normal yol və sağlam su sıxıntısı yaşanır

Gunaz.tv

GünAz TV: Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili təmsil etdiyi əyalətin kənd əhalisinin əsas sıxıntılarından ikisini sadalayıb.

 

Bu barədə Südeyif Bədri “İrna” xəbər agentliyinə danışıb.

 

“Ərdəbil Əyalətinin bir çox kəndində normal yol və sağlam su sıxıntısı yaşanır. Hökumət və parlament bu məsələyə xüsusi diqqət yetirməlidir.”- deyə millət vəkili vurğulayıb.

 

Əyalətdə əksər kənd yollarının bərbad vəziyyətdə olduğunu deyən S.Bədri kənd yollarının salınması və təmir edilməsində əsaslı işlər görülmədiyini bildirib.

 

Azərbaycanlı deputat əlavə edib ki, yol və içməli su problemini müəyyən qədər aradan qaldırmaq üçün pulsuz bitum paylamaq və su təchizatı qurğuları kompleksi yaratmaq kimi planlar gündəmdədir.

 

Yuxarıda qeyd olunan problemlər Güney Azərbaycan kəndlərində yaşanan çatışmazlıqların sadəcə bir hissəsidir. İşsizlik, təhsil məsələsi, səhiyyə xidmətləri, ümumiyyətlə İnsanların rifah halı və yaşayış səviyyəsinin aşağı olması kimi amillər kəndlərin boşalmasında əsas rol oynayır. Artıq Güney Azərbaycanda bir çox kənd əhalidən boşalıb. Şəhərlərə üz tutan kəndlilərin əksəriyyəti köçdükləri şəhərlərdə qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşır. Bu məsələ həmin şəhərlər üçün də bir çox problem yaradır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar