SON XƏBƏRLƏR

Ərdəbil məktəblərində şagirdlər arasında kitab paylama kampaniyası davam etdirilir – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbil məktəblərində şagirdlər arasında kitab paylama kampaniyası davam etdirilir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılış günü münasibəti ilə başlayan mədəni tədbirlər davam edir.

 

Əldə etdiyimiz məlumata görə, Ərdəbildə sentaybrın 24-də başladılan türkcə kitab paylama kampaniyası çərşənbə günü də davam edib. Güney azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə yeni məktəblərə müraciət edərək şagirdləri hədiyyə etdikləri kitablarla sevindiriblər.

 

Türk dilində təhsilə qoyulan qadağaya qarşı etiraz xarakteri daşıyan mədəni tədbir Ərdəbil əhalisi və şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Kitab paylayan fəallar ana dilində təhsilin əhəmmiyətinə toxunaraq şagirdləri bütün manelərə baxmayaraq türk dilini yaxşı öyrənib və onu canlı saxlağama çağırıblar.

 

Təhsil müəssisələrinin açılışı günündə (sentyabrın 23-ü , mehrin 1-i) eyni mədəni tədbir Qəzvin Əyalətinin Abyek şəhərinin məktəblərində həyata keçirilmişdir. Fəallar bir neçə məktəbə müraciət edərək azərbaycanlı şagirdlərə türkcə kitablar hədiyyə etmişdilər.

 

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Ötən il təhsil müəssisələrinin açılışı günündə “hər türk şagird üçün türk dilində bir kitab” şüarı ilə Ərdəbildə başlayan kitab paylama kampaniyası Güney Azərbaycanın bir çox şəhərində təxminən 2 ay davam etdirildi.

İranda türk dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu istiqamətdə mədəni fəaliyyətlə məşğul olan yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar