Ərdəbildə Əlirza Fərşiyə dəstək: Şəhər divarlarına siyasi məhbusun şəkilləri vuruldu-FOTOLAR

2021-04-11 07:40

Ərdəbilli milli-mədəni fəallar siyasi məhbus Əlirza Fərşiyə dəstək aksiyası keçirib.

Gunaz.tv Quote | Gunaz article

Aprelin 10-da Ərdəbil şəhərinin bir qrup milli-mədəni fəallı türk dilində tədris uğrunda apardığı mübarizəyə görə həbs edilən və “Böyük Tehran” həbsxanasında saxlanılan Əlirza Fərşiyə dəstək məqsədilə şəhər divarlarında, özəlliklə "Azadi" küçəsində onun qrafit və divar rəsmlərini çəkiblər.


Milli-mədəni fəallar Azadi” küçəsinin adını Əlirza Fərşi küçəsi qoyublar. Bu aksiyalar İran məhkəmə sisteminin ədalətsiz qərarlarına və basqılarına qarşı əhalinin diqqətini cəlb etmək məqsədi güdür. 

Məlumdur ki, İranda “Azadi” sözü yalnız küçə və meydanların adında özünü göstərir. Mədəni fəallar bu simvolik hərəkətləri ilə həm də  ölkədə azadlığın olmadığına işarə edirlər.


Qeyd edək ki, Əlirza Fərşi “Şərif Texnologiya Universiteti”ndə kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb və İran-İraq müharibəsi şəhidinin oğludur. 

Milli-mədəni fəaliyyətinə, o cümlədən Azərbaycan kəndlərində türk dilində nəşrlərdən ibarət kitabxanaların yaradılmasına və ana dilində tədris kampaniyası başlatdığına görə bir neçə dəfə tutulub və həbs edilib.

 
Onun təhlükəsizlik orqanlarının təzyiqi və tapışırığı nəticəsində Universitetdə müəllim kimi fəaliyyətinə də Universitet rəhbərliyi tərəfindən qadağa qoyulub.

  
O, hal-hazırda cəzasını Tehran həbsxanasında çəkir. Bir neçə gün öncə barəsində daha bir cinayət işi açılaraq həbs müddəti daha 50 ay uzaldılıb.

C.E

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07