Ərdəbildə milli-mədəni fəallar şəhərdə geniş aksiya başladıblar. Onlar şəhər duvarlarına yazdıqları qrafitlərlə Ərdəbil mərkəzi həbsxanasında koronovirusun geniş yayıldığı şərayitdə həbsdə olan fəalların sərbəst buraxılmasını tələb ediblər.
Gunaz.tv
Qrafitlərdə deyilir:
"Mən siyasi məhbusun müdafiəçisiyəm"
"Biz Abbas Lisani üçün, Abbas Lisani xalq üçün"
"Azərbaycanlı siyasi məhkumlara ədalət"
"Həbsxanada artıq təhlükəsiz yer deyil"
"Həbsxananı bağlayın"
Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari, 1 dekabr 2020-cı il çərşənbə axşamı, ailəsi ilə telefon əlaqəsi zamanı noyabrın otuzundan birinə keçən gecə Abbas Lisani ilə birlikdə koronovirus simptomları ilə Ərdəbil həbsxanasının tibb mərkəzinə köçürüldüyünü, ancaq həbsxananın başqa bölmələrindən çox sayda koronovirus xəstəsinin tibb mərkəzində yerləşdirildiyi və boş yer olmadığı üçün yenidən 7-ci bölməyə qaytarıldıqlarını bildirib.
C.E