SON XƏBƏRLƏR

Ərdəbil Universitetinin tələbəsi siyasi motivlərlə həbs olunub

2021.10.20, 07:36
Ərdəbil Universitetinin tələbəsi siyasi motivlərlə həbs olunub

Gunaz.tv
Ərdəbil Universitetinin tələbəsi siyasi motivlərlə həbs olunub Bakı. Ramil Məmmədli-APA. Ərdəbil Universitetinin tələbəsi Hüseyn Hüseyni Sulduz şəhərində İran hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərməkdə ittiham olunur. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ərdəbil həbsxanasında saxlanılan H. Hüseyni cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalıb və canilərlə bir kameraya salınıb. Ailə üzvləri ilə görüşə icazə verilməyən H. Hüseyninin səhhətində problemlərin olduğu bildirilir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar