SON XƏBƏRLƏR

Ərdəbil valisi: “Ərdəbil əyalətində hər gün 4-5 nəfər koronavirusdan ölür”

2021.10.20, 07:36
Ərdəbil valisi: “Ərdəbil əyalətində hər gün 4-5 nəfər koronavirusdan ölür”

Gunaz.tv

GünazTV: İranın Ərdəbil əyalətinin valisi Əkbər Behnamcu mayın 1-də mediaya açıqlamasında əyalətdə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

O deyib ki, ötən həftə Ərdəbil əyalətində koronavirusa yoluxma halları qismən azalsa da, bəzi vətəndaşların karantin rejiminə riayət etməməsinə görə, bəzi bölgələrdə virus yenidən yayılmağa başlayıb: “Ötən həftələrdə Ərdəbil əyalətində koronavirusun yayılması baxımdan ağ vəziyyətə çatsaq da, bir sıra vətəndaşların gigiyena qaydalarına və karantin rejiminə əməl etməməsi üzündən hazırda sarı, bəzi bölgələrdə isə qırmızı vəziyyətə atmışıq.

 

Hazırda “Covid-19” virusu sürətlə əyalətdə yayılmaqdadır. Belə ki, hazırda koronavirusa yoluxan 223 nəfər Ərdəbil, Meşkinşəhr, Parsabad, Germi və Xalxal şəhərlərinin müxtəlif xəstəxanalarında müalicə alırlar. Onlardan isə 45-nin durumu ağırdır və həmin xəstələr reanimasiya şöbələrində saxlanılırlar. Təəssüflər olsun ki, hazırda Ərdəbil əyalətində hər gün 4-5 nəfər koronavirus infeksiyasından ölürlər.

 

 Əyalətin Kövsər Və Nəmin şəhərlərindəki duruma gəldikdə, əvvəllər bu iki şəhərdə ağ vəziyyət elan olunsa da, hazırda həmin iki şəhərdə koronavirusa yoluxan bir neçə nəfər xəstəxanalarda müalicə alırlar” -deyə, Ərdəbil əyalətinin valisi Əkbər Behnamcu koronavirus qurbanlarfının yeni statistikasını açıqlayaraq bəyan edib.  

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar