SON XƏBƏRLƏR

Ərdəbildə 2000 işçinin işlədiyi istehsal müəssisəsi bağlanıb

2021.10.20, 07:36
Ərdəbildə 2000 işçinin işlədiyi istehsal müəssisəsi bağlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda fəaliyyətini dayandıran sənaye və istehsal müəssisələrinə biri də əlavə olunub.

 

Son məlumata görə, Ərdəbil Artavil Lastik Fabrikası maliyyə problemləri ilə əlaqədar fəaliyyətini danyandırıb.

 

Güney Azərbaycanın ən böyük təkər istehsalçısı olan istehsal müəssisəsində 2000 nəfər işçi çalışıb, onlar fabrikin bağlanması nəticəsində iş yerlərini itiriblər.

 

Hər kəsin tanıdığı “Qoldston” məşhur təkər brendi bu sənaye müəssisəsinin məhsuludur.

 

Əldə olunan məlumata görə, fəaliyyətini dayandıran müəssisə bir çox işçinin əmək haqqını ödəməyib.

 

Müəssisənin İctimaiyyətlə Əlaqələr Şöbəsi bildiriş yayaraq növbəti xəbərdarlığa qədər fabrikin bağlandığını elan edib.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar