SON XƏBƏRLƏR

Ərdəbildə 5 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Ərdəbildə 5 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Ərdəbilin İnqilab Məhkəməsində 5 azərbaycanlı milli-mədəni fəal mühakimə olunub.

 

Məhkəmə iclası İnqilab Məhkəməsinin 2-ci şöbəsində hakim Qədiminin sədrliyi ilə yanvarın 23-də keçirilib.

 

Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Mehdi Huşmənd və Səid Sadiqifər “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamına qarşı özlərini sonuncu dəfə olaraq müdafiə ediblər.

 

Fəallar Polis İdarəsinin raportu əsasında irəli sürülən ittihamı rədd edərək bu barədə hakimdən sənəd təqdim olunmasını istəyiblər. Onlar bildirib ki, qrupun yaranma tarixi, adı, nizamnaməsi və üzvlərinin adının açıqlanmaması irəli sürülən ittihamın saxta iddialardan irəli gəldiyini göstərir.

 

Hakim isə fəalları dinlədikdən sonra bildirib ki, mənim üçün əsas məsələ ondan ibarətdir ki, siz irəli sürülən ittihamı qəbul edirsiniz, yoxsa yox?!

 

Fəallar ittihamı kəskin şəkildə rədd edərək vurğulayıblar ki, təhlükəsizlik orqanları bu şəkildə azərbaycanlı mədəni fəalların əleyhinə dosye təşkil etməyə çalışır.

 

Təhlükəsizlik qüvvələri 2018-ci il iyulun 2-də Babək qalası yürüşünə qatılmasınlar deyə adı çəkilən fəalların ev və iş yerlərinə hücum çəkərək onları saxlamışdır. Eyni vaxta və bir neçə gün sonra məşhur Babək qalası mərasimi ilə əlaqədar qala ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanıldı. Onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə təhlükəsizlik qüvvələri tərəfindən işgəncə edilmişdir.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar