SON XƏBƏRLƏR

Ərdəbildə Abbas Lisani və daha bir neçə tanınmış fəal saxlanılıb

2021.10.20, 07:36
Ərdəbildə Abbas Lisani və daha bir neçə tanınmış fəal saxlanılıb

Gunaz.tv

GünAz TV: İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış azərbaycanlı milli-mədəni fəalları saxlamağa və onlara qarşı təzyiqləri artırmağa başlayıb.

 

Məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani iyulun 2-i Təbriz vaxtı ilə saat 19 radələrində Ettelaat əməkdaşları tərəfindən saxlanılıb. Öz iş yerində yaxalanan fəal naməlum istiqamətə aparılıb, onun harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Şahidlərin dediyinə görə, A.Lisanini yaxalamaq üçün Tehranın Ettelaat əməkdaşları da onun iş yerinə gədib.

 

Eyni gündə Ərdəbildə daha bir neçə fəal Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Məlumata görə, Əsgər Əkbərzadə, Əli Vasiqi və Cəfər Rüstəmi iş yerində, Səid Sadiqifər isə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ərdəbildə tutulanlar arasında Mehdi Huşmənd də olub. Ərdəbilli fəalların qanunsuz yaxalandıqlarına görə təhlükəsizlik qüvvələrinə müqavimət göstərdiyi, məmurların isə fəallara qarşı spreydən istifadə etmək kimi bir çox kobud rəftarlara yol verdiyi bildirilir.

 

Bundan əvvəl elan olunduğu kimi, iyulun 5-i və 6-da Babək qalasında ənənəvi yürüş keçiriləcək. Azərbaycan şəhərlərində tutuqlamalar məhz kütləvi yürüş günü ərəfəsində baş verib, məqsəd yürüşün keçirilməsinə imkan verməməkdir.

 

Yuxarıda adlarını çəkdiyimiz fəallar Azərbaycan türk millətinin milli və demokratik hüquqlarını müdafiə etdiklərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıblar. Xüsusi ilə A.Lisani uzun illər islam cümhuriyyətinin zindanlarında məhbus və sürgün həyatı yaşayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar