Ərdəbildə azadlığa buraxılan 84 məhbus arasında siyasi məhbuslardan heç birinin adı yoxdur

2021-02-05 10:41

Ərdəbil zindanında saxlanılan siyasi məhbuslardan heç birinin adı “İran İslam İnqilabı”nın ildönümü münasibətilə azadlığa buraxılan 84 nəfərilik siyahıda yoxdur.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil əyalətinin Baş Prokuroru Seyid Abdullah Təbatəbayi fevralın 4-də keçirdiyi mətbuat konfransənda “İran İslam İnqilabı”nın ildönümü münasibətilə Ərdəbil zindanlarında saxlanılan 84 nəfərin azadlığa buraxıldığını bildirib.

 

O, kronovirusun yayıldığı bir dönəmdə bu addımın atılmasının eyni halda dustaqların sağlamlıqlarına göstərilən qayğı kimi dəyərləndirib.

 

Azadlığa buraxılan dustaqların siyahısında heç bir siyasi məhbusun və mədəni fəallın adı yoxdur.

 

Ərdəbil zindanında saxlanılan tanınmış siyasi məhbus Abbas Lisani, Yusif Kari, Əli Vasiqi, Rza Vasiqi və b. dəfələrlə müraciətlərinə baxmayaraq onlara tibbi məzuniyyətin verilməsinindən belə imtina edilib.

 

Xatırladaq ki, 8 Dekabr 2020-ci il tarixində məhkəmə və prokrorluq əməkdaşlarından ibarət bir heyət Ərdəbil həbsxanasında oldular. Məhbusların ümumi durumu ilə maraqlanan heyət bir sira tədbirlərə, o cümlədən məhbusların tibbi məzuniyyətə göndərilməsinə qərar verdiklərini bildirdilər.

 

Bundan sonra 8 yanvar 2021-ci il tarixində, tanınmış siyasi fəal Abbas Lisaninin tibbi məzuniyyətə buraxılması üçün istənilən 800 milyon tümıənlik girovun qoyulmasına baxmayaraq onun məzuniyyətə buraxılmasına icazə verilmədi.

 

Məsullar və Ərdəbil əyalətinin Baş Prokuroru Seyid Abdullah Təbatəbayi bunun üçün “yuxarı orqanların yazılı göstərişi lazımdır” deyə siyasi məhbusun tibbi məzuniyyətə çıxmasına mane oldular.

 

Eyni halda başqa siyasi məhbus Yusif Kari eyni istəklə etdiyi müraciətə cavab istədiyi üçün o, Ərdəbil zindanında prokuror köməkçisi “Sepehri” tərəfindən kabinetinə çağrılaraq təhqir edildi və “siyasi məhbusların heç birinə tibbi məzuniyyət verilməyəcək” cavabını alaraq saxlanıldığı bölmədən zindanın karantin bəndinə köçürüldü.

 

Buna etiraz edən Y.Kari yanvar ayının 14-dən aclıq aksiyasına, yanvarın 17-dən isə quru aclıq aksiyasına əl atdı. Abbas Lisani, Siyamək Mirzayi, Əli və Rza Vasiqi qardaşları, Tohid Əmir Əmini, Kiyanuş Aslani, Behnam Şeyxi və b. siyasi məhbusların ona dəstək üçün aclıq aksiyalarına başlamasından sonra Yusif Kari aksiyasının 8-ci günündə öz palatasına qaytarıldı.
 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14

gun az article

Güneyli məhbus qardaşlar Təbriz həbsxanasının karantin bölməsinə köçürülüb

2021-06-14

gun az article

“Urmu Birlik səsi” qrupu Şəhər Şurası seçkiləri üçün vahid namizədlər siyahısı tərtib edib

2021-06-14

gun az article

Ərdəbildə Abbas Lisaniyə böyük dəstək- "Azərbaycan oğullarının səsi batmayacaq" -VİDEO

2021-06-14

gun az article

Evin həbsxanasında aclıq aksiyası başladı

2021-06-14

gun az article

Aclıq aksiyası Evin həbsxanasına sıçradı- Daha üç güneyli məhbus aksiyaya qoşulur

2021-06-13

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək aksiyası genişlənir- FOTOLAR

2021-06-13

gun az article

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən məhbuslar karantin bölməsinə köçürülüb

2021-06-13

gun az article

Türkiyənin İYİ Partiyasından Abbas Lisaniyə dəstək mesajı

2021-06-13

gun az article

Abbas Lisani ilə bağlı durum BMT-nin Baş katibi və Ali Komissarlığının illik hesabatında

2021-06-13

gun az article

Siyasi məhbusların şəkilləri Təbriz küçələrinə vuruldu - FOTOLAR

2021-06-13

gun az article

İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili müalicə olunmalıdır"-VİDEO

2021-06-13

gun az article

Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13

gun az article

Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13

gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12